Paşayevanın çevrilişlə bağlı fikirləri türk mediasında – Foto

 
 
Türkiyənin "Taymtürk" xəbər portalı millət vəkili Qənirə Paşayevanın Feysbukda hərbi çevrlişə cəhdlə bağlı fikirlərinə geniş yer verib.
 
Axar.az xəbər verir ki, millət vəkilinin BBC telekanalının Türkiyə hökuməti və xalqına qarşı məkrli yanaşmasını kəskin tənqid etdiyi qeyd edilib.
 
"BBC televiziyasının Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı işlətdiyi skandal ifadələr insanı şok edir. Bu, bir daha Türkiyənin necə böyük bir fəlakətdən qurtulduğunu göstərir. Bəzi türk kökənli insanlar bilməlidirlər ki, çevrilişə cəhddə əsl məqsəd Türkiyəni parçalamaq və bölgə üzərindən istədikləri oyunları oynaqmaqdır. Ərdoğanın hədəf alınmasının əsas səbəbi də məhz budur. Bu qədər çirkli bir oyunun arxasında Qərbdən bir çox güclərin dayandığını görməmək sadəcə, korluq olardı. Milliyyətçisindən tutmuş dinardarına qədər bütün türk insanları Türkiyənin yanında olmalıdır. Çünki hazırda Qərbdə Türkiyədə dövlət çevrilişinə cəhdi fərqli istiqamətlərə yozaraq müdafiə edənlərin sayı artır. Türkiyənin zəifləməsi bütün türk-müsəlman coğrafiyasının zəifləməsi demək olardı. Türkiyəni düşməni bizim də düşmənimizdir. Unutmamlıyıq ki, qardaş ölkənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəmirlər. Bundan 6-7 ay öncə Türkiyədə keçirdiyim mətbuat konfranslarında yeni bir Çanaqqala, İstiqlal mübarizəsindən keçdiyimizi söyləmişdim. Bu gün o gündür. Türk milləti bütün dünyaya gücünü göstərdi və İnşAllah bundan sonra da göstərəcək. Allah Azərbaycana və qardaş Türkiyəyə hər zaman yardımçı olsun”, - Q.Paşayeva qeyd edib.
 
Millət vəkili Türkiyə üçün canını verməyə hazır olduğunu bildirib: "Getdiyimiz hər bir yerdə onun haqlı davası müdafiə olunmalıdır. Türkiyə də Azərbaycan qədər vətənimizdir. Sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan üçün canımı verməyə hər an hazır olduğum qədər, Türkiyə üçün də canımı verməyə hər an hazıram".
 
Qeyd edək ki, iyulun 15-də qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.