Partlayışlardan azı birinin kamikadze tərəfindən törədildiyi müəyyən edilib

Şarl Mişel - Belçika krallığının baş naziri
Belçikanın Baş naziri Şarl Mişel Brüsseldə terror aktları ilə bağlı müraciətlə çıxış edib. Turaninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, baş nazir Belçika paytaxtında iki terror aktının törədildiyini, onlardan birinin hava limanında, digərinin metroda həyata keçirildiyini təsdiqləyib. Bundan başqa, Şal Mişel ölkədə terror təhlükəsinin ən yüksək həddinin -  4-cü dərəcənin elan edildiyini də təsdiq edib.
Baş nazirin sözlərinə görə, partlayışlardan azı birinin kamikadze tərəfindən törədildiyi müəyyən edilib. Belçika hökuməti ölü və yaralıların dəqiq sayını açıqlamayıb. Bəzi kütləvi-informasiya vasitələri 23 nəfərin öldüyünü, azı 35 nəfərin də yaralandığını xəbər verir. Lakin ölü sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Belçikanın paytaxtı Brüsseldə bir-birinin ardınca 4 partlayış baş verib. Onlarda 2-si hava limanında, 2 isə metroda qeydə alınıb.
Brüsseldə silsilə partlayışlar baş verib

Artıq Belçika paytaxt Brüsseldəki terror aktlarına görə sərhədlərini bağladığını elan edib.
İki partlayışın baş verdiyi Brüssel aeroportu isə sabah saat 06:00-dək bağlı qalacaq.
Eyni zamanda Parisdə Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.  Fransa Prezidenti Fransua Olland Baş nazir, daxili işlər, müdafiə və xarici işlər nazirlərini Brüsseldə baş vermiş partlayışlardan sonra vəziyyəti qiymətləndirmək üçün Yelisey sarayına toplayıb.