Partiya sədrliyinə namizəd striptiz oynadı - FOTO

ABŞ-da Liberal Partiyasının sədrliyinə namizəd Ceyms Viks partiyanın qurultayında soyunub.
Turaninfo.az  CNN-ə istinadən xəbər verir ki, Ceyms Viks  Florida əyalətinin  Orlando şəhərindəki  Rosen Centre Hoteldə namizədliyini geri götürdüyü bəyan etmək üçün səhnəyə çıxıb.
Səhnədə "Bir az əylənmək lazımdır" deyən Ceyms Viks rəqs etməyə başlayıb və musiqi sədaları altında soyunub.
Partiyanın bəzi üzvləri öncə Ceyms Viksi dəstəkləsələr də, çılğın siyasətçinin alt paltarlarını çıxarmağa çalışması etiraza səbəb olub.