​Parlamentdə deputatlar arasında dava düşdü – VİDEO

 
Ukrayna parlamentində deputatlar arasında dava düşüb.
 
Turaninfo.az Euronews-a istinadən xəbər verir ki, sağçı Radikal partiyasından Oleq Lyaşko Yuriy Boykonu (solçu Müxalifət Blokunun başqanı)”Kremlin agenti” adlandırınca, Ukrayna parlamentində dava düşüb.
 
Boyko yerindən qalxaraq dəfələrlə Lyaşkonu yumruqlayıb. Lyaşko Parlamentin Məclis toplantısında çıxışı zamanı Boyko kimi siyasətçilərin Moskvadan təlimat aldıqlarını, digər siyasətçilərin isə Brüsseldən təlimat aldıqlarını söyləyib: “Boyko kimilər rahat-rahat Moskvaya gedib- gəlirlər. Bəs niyə həbs olunmurlar?”, deyə o, xitab edib. Boyko da bu sözlərin ardından yerindən qalxıb Lyaşkonu yumruqlayıb.
Davanı digər deputatlar ayıraraq yatızdıra biliblər.