Parlament prezidenti postundan azad etdi

Vyetnam parlamentinin martın 31-də keçirilən iclasında ölkə prezidenti Çıonq Tan Şanq vəzifəsindən azad edilib.
Turaninfo.az Novator.az-a istinadən  bildirir ki, səsvermədə iştirak edən 473 deputatdan 447-si Çıonq Tan Şanqın prezident postundan azad olunmasına tərəfdar çıxıb.
Prezidentin postundan azad edilməsindən bir neçə saat əvvəl parlament özünə yeni sədr seçib. Parlament sədri postunu Vyetnam Kommunist Partiyasının yüksək rəsmisi Nquen Txi Kim Nqan tutub. Onun prezident postuna irəli sürdüyü yeganə namizəd ictimai təhlükəsizlik naziri Çan Day Kuanqdır. Yeni prezidentin aprelin 2-də seçilməsi planlaşdırılıb. Həmin gün parlament baş naziri də seçəcək.