​Parlament müharibəyə başlamağa icazə verdi - SON DƏQİQƏ

Baxış sayı: 
278
0  
0  

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumla əlqədar bölgədə gərginlik getdikcə artmaqdadır.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraq parlamenti baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib.
Parlamentin qərarına əsasən, İraq güc strukturları 10 iyul 2014-cü ilə qədər olan vəziyyətə uyğun olaraq bütün mübahisəli rayonlarda yerləşməlidir.
Baş nazir parlamentdəki çıxışında bildirib ki, Bağdad qanun və konstitusiyanın gücü ilə muxtar regionu öz nəzarətinə qaytaracaq. İbadi kürdləri muxtariyyət ərazisindən kənarda yerləşən yaşayış məntəqələrindən imtina etməyə, həmçinin referendumun nəticələrini ləğv etməyə çağırıb. Baş nazir bir daha vurğulayıb ki, Bağdad səsvermənin nəticələrini tanımayacaq.
“Referendumu ləğv etmək və konstitusiya çərçivəsində birbaşa dialoqa başlamaq lazımdır. Biz referendumun nəticələri haqqında qətiyyən danışmayacağıq”, - İraq hökumətinin başçısı bildirib.
İraq parlamentinin qərarı hökumət ordusu ilə peşmərgə (kürd muxtariyyətinin silahlı qüvvələri –red.) arasında genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər. Kərkük valisi Kərim Nəcməddin artıq bildirib ki, təhlükəsizlik gücləri ordunun Kərkükə girməsinə icazə verməyəcək.
Ömər Dağlı

Загрузка...
Загрузка...