​Parisin mərkəzindəki sirli evin qapısı 70 il sonra açıldı – FOTOLAR, VİDEO

 
70 il əvvəl sürgün edilən qadının o vaxtdan bəri bağlı qalan evini açaraq incələyiblər.
 
Musavat.com-un məlumatına görə, Parisin mərkəzindəki bu ev bir auksiyon rəhbəri tərəfindən açılıb. Evin içindən olduqcə dəyərli bir əşya tapılıb. 1939-ci ildə, ikinci dünya müharibəsi başlayanda Parisdəki evindən çıxarılaraq zorla köç etdirilən 23 yaşlı Madam de Florian almanlardan qaçmaq üçün evinin qağısına kilid vuraraq cənuba doğru yol alıb. O, illər uzunu Parisin mərkəzindəki evin kirayəsini ödəsə də evinə qayıtmayıb. Qadın 2010-cu ildə, 91 yaşında vəfat edib. Onun vəfatından dərhal sonra varisləri Parisdəki bu evdən xəbər tutublar.
Varislər auksiyon rəhbəri ilə danışıb, evin dəyəri ilə maraqlanıblar. Evə baxmağa gələn şəxslər isə gördüklərinə inanmaqda çətinlik çəkiblər. Bu qapıdan tam 70 il heç kim girməmişdi. Qədim mebellər və keyfiyyətli çini qabları görən auksiyon nümayəndələri buranı “yatan gözəlin sarayı” adlandırıblar. Kosmetik vasitələrlə dolu makiyaj masası da olduğu kimi qalırdı.
Evdən tapılan əsas qiymətli əşya isə çəyrayı donlu qadın tablosu olub. Araşdırıldıqdan sonra məlum olub ki, tablodakı qadın ev sahibinin anasıdır. Və tablo La Belle Epoque dövrünün əsas rəssamlarından biri olan Covanni Boldini tərəfindən çəkilib. Rəsimdəki qadının o zaman 24 yaşda olduğu ehtimal edilir.
1888-ci il imzalı rəsm əsəri auksiyonda 3 milyon dollara satılıb.
Madam de Florianın 70 il boyunca heç getmədiyi bir evə nə üçün kirayə pulu ödəməsi isə hələ də sirr olaraq qalır.