Parisin mərkəzində partlayış baş verib - VİDEO

Bu gün Parisin 4 Bérite küçəsində məişət qazının partlaması baş verib. "Turaninfo.az " "Le Parisien"-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb.
Partlayış yerinə yaxın yerləşən restoranlardan birinin sahibinin sözlərinə görə, birinci mərtəbədə yerləşən mənzildə yanğın başlayıb. Yanğınsöndürənlər hadisə yerinə gəlib, lakin bir müddət sonra partlayış baş verib və binanın bir hissəsi çöküb.