Paris və Tehran arasında hava əlaqəsi bərpa edildi - 8 il sonra

Fransanın Air France hava yolları şirkəti Paris və Tehran arasında birbaşa hava əlaqəsini bərpa edib. Bu əlaqə 2008-ci ildə İrana qarşı sanksiyalarla əlaqədar kəsilmişdi.
İlk təyyarə aprelin 17-si saat 12.20-də (Bakı vaxtı ilə 14.20) Parisi Şarl de Qol hava limanından havaya qalxıb. Musavat.com xəbər verir ki, bu barədə hava limanının elektron lövhəsində məlumat verilir.

AF738 reysi ilə uçan təyyarə qrafikə görə yerli vaxtla saat 20.20-də (Bakı vaxtı ilə 20.50) Tehrana çatmalıdır.