​Papadan Trampı əsəbləşdirəcək sözlər - "Mən siyasətə qarışmıram"

 
Roma Papası Fransisk ABŞ-da yeni seçilmiş prezident Trampın Donaldın qalibiyyətini şərh etmək istəməyib.
 
Turaninfo.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "La Repubblica" qəzetinin jurnalisti Eudjenio Skalfariyə verdiyi müsahibədə Fransisk Trampla bağlı suala belə cavab verib.
 
"Mən siyasətə qarışmıram. Mənim əsasən siyasətçilərin verdiyi qərarların yoxsullara və kimsəsizlərə necə təsir edəcəyini fikirləşirəm".
 
Roma Papası qeyd edib ki, o, hazırda immiqrantlarla və qaçqınlarla  bağlı narahatlıq keçir. "Mən Trampın bu məsələyə fokuslanmasını istəyərəm. Hansı ki, Tramp siyasi qərarları ilə təsir edə bilər".
 
 
Papanın ABŞ səfəri
 
Qeyd edək ki, Barak Obamanın dövründə Vatikan və Vaşinqton əlaqələri yüksək səviyyədə olub. Roma papası Fransisk bu il ABŞ-a səfər edib. Həmin vaxt Obama Papanı ailəsi ilə birlikdə qarşılayıb.