Papadan ilginc Qarabağ təklifi: Məhkəmə…

 
Dünya katoliklərinin lideri Papa Fransisk Bakı səfərini yekunlaşdırıb Vatikana qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
Axar.az xəbər verir ki, Qarabağ probleminə toxunan Papa tərəflərə Beynəlxaq Ədalət Məhkəməsinə müraciət etməyi məsləhət görüb:
 
“Tək yol səmimi dialoq və müzakirədir. Bu alınmasa, beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Məsələn, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilə bilər. Digər yol isə müharibədir. Müharibə ilə hər şey itirilir.
 
Gürcüstanın Rusiya ilə problemləri var. Ermənistan dəqiq sərhədləri olmayan bir ölkədir və Azərbaycanla problemləri var. Başqa yol yoxdursa, Beynəlxalq Ədalət Məhkəməsi keçirilməlidir”.