Paltarlarda yağ ləkəsindən qurtulmağın ƏN ASAN YOLU

Baxış sayı: 
133

Bayramın gəlişi nə qədər gözəl olsa da, qonaqlıq süfrələrindən sonra evi əvvəlki səhmanına salmaq bir o qədər zəhmət tələb edir.
Publika.az təmizkar ev xanımları üçün bir neçə sadə ev təmizliyi üsullarını təqdim edir.
Mikrodalğalı soba
Kir və yağ ləkəsi hopmuş mikordalğalı sobanın içərisinə bir neçə damcı qabyuyan vasitə ilə nəmləndirilib, köpükləndirilmiş süngər qoyun. Sobanı minimal dərəcəyə qoyub, süngəri 30 saniyə içərisində saxlayın. Sonra sobanın qapağını açıb, elə həmin süngərlə içini təmizləyin. Bu vasitə nəinki mikrodalğalı sobanızı təmizləyəcək, həm də xoşagəlməz qoxusunu aradan qaldıracaq.
Matras və divan
Zaman keçdikcə matras köhnəlib, ləkələnə bilər. Ona əvvəlki təmizliyini və təravətini qaytarmaq elə də çətin deyil. Sadəcə üzərinə soda səpib, 1 neçə saat saxlayın. Sonra tozsoranlayın. Bununla da matrasınız tərtəmiz olacaq. Eyni üsul divanlarınız üçün də keçərlidir.
Mətbəx taxtası
Duz və limon ərzaq doğradığınız taxtanın səthini tərtəmiz edə bilər. Limonu düzlayıb, taxtanın üzərinə sürtdükdən sonra su ilə yaxalamağı unutmayın.
Mətbəx və hamam kranı
Kranı perqament kağızla silsəniz, üzərindəki su ləkələri uzun müddət qalmayacaq.
Ütü
Ütü masasının üzərinə kağız sərib, duz səpin. Ütünün içərisindəki suyu tamam boşaldın, qəti şəkildə buxar düyməsinə toxunmayın. Ütünü maksimal istilikdə qızdırıb, duzun üzərinə sürtün. Bu üsulla ütünüz təmizlənəcək.
Gümüş əşyalar
Gümüş çəngəl-qaşıqları saxladığınız qutunun içinə tənzifə bürünmüş 1 parça təbaşir atın. Bu üsul əşyalarınızı tündləşməkdən və ləkələrdən qoruyacaq.
Paltar ləkəsi
Paltarlarınıza yağ ləkəsi düşübsə, üzərinə tez zamanda təbaşir sürtün. Təbaşır bütün yağ ləkəsini özünə hopduracaq.
Mətbəx çanağının gözü
Tez-tez qab yuyanda mətbəx çanağının gözü kirlənir. Bunun üçün köhnə diş fırçası ilə sodanı yaxşıca sürtün. Sonra üzərinəlimon dilimləri qoyub, su axıdın.
Leyla Sarabi

Загрузка...
Загрузка...