Pakistanda şiələr aksiya keçirdi

 
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın müxtəlif şəhərlərində şiələr ölkədə təzyiqlərə etiraz olaraq  aksiyası keçirib. Dövlətin din alimləri, dini fəallara qarşı təzyiqi, hətta vətəndaşlığın ləğv edilməsi müsəlmanları qəzəbləndirib.
 
Qeyd edək ki, Pakistan dövləti ötən iki həftədə təhlükəsizliyin təmini adı altında tədbirlər bəhanəsi ilə bur qrup şiə alimin, o cümlədən Əllamə Şeyx Möhsin Nəcəfinin vətəndaşlığını ləğv edib. Amma etirazlardan sonra bu qərar ləğv olunub.