Pakistanda 16 yaşlı qız yandırıldı

Pakistanda məktəb rəfiqəsinin sevdiyi oğlanla evdən qaçmasına kömək etdiyi üçün 16 yaşlı qız yandırılıb.
Tuaraninfo.az  “BBC”-yə istinadən xəbər verir ki, hadisəyə görə qaçan qız yox, onun rəfiqəsi cəzalandırılıb.
Məktəblinin yaşadığı kəndin ağsaqqallar şurasının qərarı ilə qızı oğurlayaraq, avtomobildə yandırıblar. Məlumata görə, polis bu ölümlə əlaqədar 13 nəfəri həbs edib.  Həbs olunanlar arasında yandırılan qızın anası da var.
Qeyri-rəsmi məlumata görə, məktəbliyə narkotik verərək, öldürüb daha sonra isə yandırıblar. Digər məlumata görə isə qız yandırılan zaman hələ sağ imiş. Məktəblinin qaçan rəfiqəsinin yeri isə hələ də məlum deyil.