Pakistan-ABŞ müharibəsi başlaya bilər - Ordu rəhbərliyindən ƏMR

Baxış sayı: 
195

Pakistan Hava Qüvvələrinin başçısı Sohail Aman ABŞ daxil olmaqla, ölkəsinin hava sahəsinə icazəsiz giriş edən bütün insansız təyyarələri vurmaq əmrini verib.
Publika.az xəbər verir ki, Pakistan, xüsusilə, ABŞ-ın öz ərazisində insansız təyyarələrlə həyata keçirdiyi hücumları ölkənin suverenliyinin pozulması kimi qəbul edib.
S.Aman paytaxt İslamabaddakı çıxışında bildirib ki, kiminsə Pakistanın hava sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək:
“Pakistan Hava Qüvvələrinə hava sahəmizə daxil olaraq suverenliyimizi, ərazi bütövlüyümüzü pozan bütün qüvvələrin təyyarələrini vurmaq əmri vermişəm”.
Qeyd edək ki, ABŞ 2004-cü ildən etibarən Pakistanın hava sahəsinə müdaxilə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə 30 noyabr 2017-ci il tarixinədək Pakistandakı bütün müdaxilələrdən məsuliyyət daşıyırdı.
ABŞ bu ilin may ayında əfqan talibanlarının lideri Molla Ahtar Mansuru, sentyabr ayında isə 3 nəfəri insansız təyyarələrlə öldürmüşdü.
Zümrüd

Загрузка...
Загрузка...