​Özbəkistanın yeni prezidentindən inqilabi təklif

 
Dekabrın 4-də seçilmiş Özbəkistan prezidenti Şövkət Mirziyayev inqilabi təkliflə çıxış edib.
Turaninfo.az-ın  xarici mediaya istinadla verdiyi məlumata görə, yeni dövlət başçısı vilayət rəhbərlərini (hakim adlanır-red.) seçki vasitəsi ilə müəyyənləşdirməyi təklif edib. 
 
Şövkət Mirziyayev Konstitusiyanın 24 illiyi münasibəti ilə keçirilən yığıncaqda deyib: "Gələcəkdə biz yerli hakimləri birbaşa xalqın iradəsi ilə seçmək məsələsi ətrafında düşünməli və bu haqda müzakirələr aparmalıyıq".
 
Prezindent bildirib ki, hər region rəhbərini özü seçsə, yerli rəhbərlərin xalq və cəmiyyət qarşısında məsuliyyəti kəskin şəkildə yüksələr.
 
Hazırda Daşkəndin və 12 vilayətin rəhbərlərini (hakimləri) baş nazirin təqdimatı ilə prezident təyin edir və işdən çıxarır.
 
Şövkət Mirziyayevin sözlərinə görə, 2017-2021-ci illər ərzində ölkədə inzibati idarəetməni təkmilləşdirməyi nəzərdə tutan konsepsiyaya uyğun olaraq "Dövlət qulluğu" haqqında qanun işlənib hazırlanır.
  

Загрузка...
Загрузка...