​Özalın açdığı anbarlar qan gölünə dönəcək” – 6 il əvvəkli toplantının ŞOK DETALLARI - VİDEO

 
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin 40 tələbəsindən biri olan şəxs 2010-cu ildə təşkil etdiyi gizli toplantısında 15 iyul qanlı çevriliş cəhdi ilə bağlı planının şifrələrini verib.
Publika.az xəbər verir ki, bu haqda “Yeni Şafak” nəşri yazıb.
Nəşrin yazdığına görə, İzmir Respublika Baş prokuroru Okan Batonun apardığı istintaq zamanı təşkilatın imamının evində CD ələ keçirilib. CD-də gizli toplantıda müzakirə edilən mövzuların detalları yer alıb. Toplantıda “Ergenekon” iddiası ilə Türkiyənin ələ keçirilməsi layihəsinin həyata keçirildiyi, layihə müvəffəqiyyətli olmayacağı halda, bunun qanlı bir çevrilişlə həyata keçiriləcəyi bildirilir.
Gizli toplantıda qeyd edilir ki, 2017-ci ilə kimi hər şey “bitəcək”.
“Ən mühüm şərt sizin aktivliyinizdir. Təəssüf ki, biz hocaəfəndinin (Fəthullah Gülən –red.) istədiklərini bu günə qədər reallaşdıra bilmədik. Əgər bu iş ağrılı olsa, hər yeri qan götürər, Özalın (Türkiyənin 8-ci prezidenti Turqut Özal –red.) açdığı anbarlar qanla dolar”, - gizli toplantıda deyilir.
Söhbət zamanı çevrilişin Türkiyə Hava Qüvvələrinin rəhbərliyində yer alan “Kahtani” adlı şəxs tərəfindən həyata keçiriləcəyi bildirilir.
Toplantıda FETÖ-nün dünyanı ələ keçirmə planından da danışıblar: “Kahtaninin birinci vəzifəsi Türkiyədir. Sonra Mərkəzi Asiya ölkələri və islam dünyası, bütün xristian ölkələr diz çökdürüləcək. Ən son addım olaraq bütün ölkələr fəth ediləcək. Hocaəfəndinin ən son gedəcəyi yer Çin olacaq. Üç Fəthullah Gülən dövrü var. Hazırda ikinci Gülən dövrüdür. Üçüncü Gülən dövrü 2028-də başlanır. Fəthullah Gülən 2028-ci ildə Çinə gedəcək. 2029-cu ildə silahla öldürülərək şəhid olacaq, çünki vəzifəsini tamamlamış olacaq”.