​Oxucumuzdan Hafiz Hacıyevə sual: Bu villa kimindir? - ÖZƏL

 
Tarif Şurasının son məlum qərarından dərhal sonra ərzaq məhsullarında qiymət artımları Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların da diqqət mərkəzində olmuşdur
 
Müzakirədə deputat Yevda Abramovun dediklərindən sitatlar: ...“Xalq referendumun təsiri altında yaşayır. Xalq referenduma deyil, prezidentə səs verdi. Bu sadəcə referendum deyildi, prezidentin yenidən seçilməsi idi. İnsanların dəniz kənarında, dağın başında nə qədər villası olar? Qonaqkəndə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobanlardan soruşursan ki, bu adlar kimindir. Nazirlərin adına kimi deyir. Mən indi burada ad çəkmək istəmirəm. Mən büdcə layihəsinə səs verib düyməni basarkən arzu edəcəm ki, büdcəmizdən haram əllər yox olsun. Əl çəkmək lazımdır bu korrupsiyadan. Bu millətə yaxın durmaq lazımdır” Sitatın sonu.
 
...İnsanların dəniz kənarında, dağın başında nə qədər villası olar?
 
Qərəzsiz mediya olaraq hörmətli deputatın təkliflərinə qoşularaq Binəqədidə möhtəşəm villalardan birinin fotosunu sizə təqdim edirik:
Aylıq əmək haqqlarının 1700 manat olan belə möhtəşəm villaların sahiblərini top atəşinə tutan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu villanın da fotosunu görər – görməz sahibinin kim və nəçi olduğunu dərhal əhaliyə açıqlayacaq.
 
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin süni qiymətartımının qarşısını almaq üçün təşkil etdiyi və nəzarətdə saxladığı yarmarkalarda ev yumurtası adi ilə satılan yumurta 30 qəpiyə satılırdı. Vəssalam, bu da yarmarkalar
 
Digər kənd təsərrüfatı məhsulları ilə bərabər ət, ət məhsullarının (273 faiz) və süd və süd məhsullarının qiymətində də artımlar baş verir. İdxala tətbiq olunan gömrük rüsumlarının artması ilə yanaşı, heyvandarlıq məhsullarının bahlaşdıran başlıca səbəblərdən biri də aidiyyatı dövlət qurumlarına verilən külli-ixtiyardan şəxsi maraqlarda isifadə etmələri, əlavə (qanunsuz) ödənişlər bahalaşmaya daha güçlü təkan verir. Belə ki, heyvandarlıq məhsullarının tədarükündə, saxlanmasında, istehsalında, emalında, satışında bir başa təsir riçaqlarına malik olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti dövlət qarşısında heyvanların sağlamlığının qorunması ilə bağlı islahatlar keçirirmək, respublika ərazisini yoluxucu heyvan xəstəliklərindən qorumaq, heyvan xəstəlilərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək vəzifəsini daşıyir. Və bu vəzifələri yerinə yetirməklə anti-qiymətartımın qarşısının alınmasında ölkəyə öz xidmətini göstərə bilər. Ancaq əksinə, bu dövlət qurumunda mal-qaranın idxalının monopoliyaya alınmasına yaxından dəstək verməsi, sahibkardan idxal icazəsi üçün hər bir baş diri iribuynuzlu qaramala 25 manat, xırdabuynuzluya 12 manat, kəsilmiş heyvanın ətini daşıyan hər bir maşın hesabı ilə (yüzlərlə ton idxal olunur) rüşvət alınır.
 
daha bir maxinasiya
 
Qanunvericiliyə görə dövlət qeydiyyatına alınması üçün (qeydiyyatın müddəti 5 ildir) ölkəyə idxal olunan dövlət baytarlıq nəzarətində olan baytarlıq preparatlarından hər partiyasından nümunələr götürülüb sınaq məqsədilə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna verilməlidir. Tarif Şurasının qərarı ilə hüquqi, fiziki şəxslər hər bir sınaq üçün 50 AZN dövlət rüsumu ödəməlidir. Lakin iş adamları faktiki bir neçə adda preparatlar idxal etdiyi halda, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov onların xidmətə təqdim etdiyi yazılı siyahıda bir adda preparat göstərmələrini tələb edir. Həmin siyahıya daxil edilməyən digər preparatların isə sınağı aparılmadan sahibkar rüsumu nəğd şəkildə Azər bəyin yaxın adamı Xidmətdə qanunsuz müqavilə ilə işləyən sektor müdiri Aydın Hüseynova verirlər. Beləliklə, rüsumlar budcəyə ödənilməkdən yayındırılır.
 
Bütün bunlar da heyvandarlıq məhsullarının istehsalının, həmçinin ixrac edilən ətin, (baytarlıq preparatlarının) maya dəyərini artırmaqla, məhsulunu sata bilməyən və alıcı qıtlığı yaşayan fermer, kəndlinin (heyvan sahibi), çətin maliyyə durumu ilə qarşılaşdığına görə, nəticədə gəlir əldə edə bilmədiyindən heyvandarlıq sahəsinə marağını azaldır. Sahibkarlar qiymət baha olduğundan ət satışından artıq əvvəlki kimi qazana bilmirlər. Həmçinin ət emalı ilə məşğul olan yerli istehsalçılar baha xammalla işləyə bilmədikləri üçün istehsalı dayandırmağa məcbur olurlar. Hansı ki, Dövlət başçımız “MADE in AZERBAİJCAN” brendi altında ixrac məhsullarına geniş meydan verilməsinə görə aidiyyatı qurumlara tapşırıqlar vermişdir. Çətin ki, belə əlavə ödənişlərlə heyvandarlıq məhsullarının ixracını genişləndirmək olar?
 
Bundan başqa, son vaxtlar heyvanların xəstəliklərdən kütləvi tələf olması da ət qitlığına səbəb olan amillərdəndir. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən lazımi qaydada xəstəliklərin qarşısının alınmasında tədbirlər və nəzarət həyata keçirilmir.
 
Belə ki, dövlət hesabına bir neçə milyon dəyəri olan yoluxucu xəstəlilərin profilaktikası və diaqnostikası məqsədilə alınan vaksin və diaqnostikumlar heyvana işlədilmədən baytarlıq apteklərində satılır. Alıcısı olmayan (Pula getməyən) vaksinlər isə çöllərə atılır. Həmin vaksinləri silmək üçün “səliqəli aktlar” yazılaraq qovluqlara tikilir.
 
Bu günlərdə Bərdə rayon Baytarlıq İdarəsində aparılan araşdırmada idarənin tabeliyində olan baytarlıq sahələrinin müdirlərinin şəxsi təsərrüfatlarından onlara qaimə ilə verilmış Mallein (at xəstəliklərinin diaqnostikası üçün), qarayara və dabaq xəstəlikləri əleyhinə vaksinlər yararsız əşyaların atılan damdan aşkar edilərək götürülmüşdür. Heyvanlar lazımi peyvən edilmədikləri üçün də Bərdə, Salyan, Sabirabad, Hacıqabul və Xəzər rayonunun Apşeron rayononun inzibati ərazisinə daxil olan ərazisində malqara dabaq, Astara və digər bölgələrdə yoluvucu Nodulyar dermatit xəstəliyinə yoluxmuşdu. Mütəxəssislərin verdiyi rəyə görə “havanın soyuq, şaxtalı vaxtlarında dabaq virusunun heyvanları yoluxdurması təsadüf edilməyən haldır”. Bu da baha qiymətə sənədləşdirilərək, faktiki ucuz qiymətə alınan keyfiyyətsiz peyvənd vasitəsinin ölkəyə alınıb gətirilməsi nəticəsində baş verir. Aldığımız məlumata görə hər gün Respublika Baytarlıq Laboratoriyasına xəstəliklərdən kütləvi olmüş heyvanlardan götürülmüş pataloji nümünələr daxil olmaqdadır.
 
“Kim, cənab Prezidentə kömək etmirsə çörək, su ona haram olsun, mən içərisində olmaqla. Əl çəkmək lazımdır bu korrupsiyadan. Xalqın yanında olaq” -Deputat Yevda Abramov-
 
Azər müəllim, cənab deputatın bu dediklərinə istinadən qanunsuz “baytarlıq xidməti” adı altında reketliklə pul yığdırmağı, “Qara Kassa”dan özünə (hər ay 8- 10 min AZN) və yaxın çevrəsinə qeyr-rəsmi maaş (paket) verməyi tərkitmək, qanunun məngənəsindən qorxmağın vaxtıdır. Paketvermə sistemi çoxdan ləğv olub Paket verənlətin aqibətini gördünüz. Bu sizi də “ağuşuna” ala bilər.
 
İqtisadçı-ekspert fermer Ruslan Həsənovun DİA.az-a ötürdüyü “Kəndlisi dərddə, naziri kefdə olan kənd təsərrüfatı” başlığı altında məqalə kənd təsərrüfatının hazırkı durumundan az-çox xəbərdar olan təbəqə arasında rekord qırmışdır. Bu gün isə biz məqaləmizdə “Malqara sahibləri dərddə, rəisi kefdə olan baytarlıq xidməti” deyirik,
 
Azər müəllimin bu fəaliyyəti iş adamlarının, kəndlinin əsəblərini tarıma çəkib
 
Belə ki, yuxarıda məlumat verdiyimiz kimi, malqara kütləvi virus mənşəli dabaq xəstəliyinə yoluxmasını, bundan kəndlilərə dəyən iqtisadi zərərəri veçə almayan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvəqqəti rəisi Azər müəllim Meksikada ezamiyyədədir. Ancaq ola bilər ki, Azər müəllimi respublikada dabağa görə yaranmış sabit olmayan epizootik vəziyyət narahat etməsin və onsuz “keçinə bilməyən” vacib bir tədbirdə iştirak etməyə “məcbur” olsun.
 
Lakin aldığımız bilgilərə görə bəşəriyyətin keşiyində duran, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (BEB), Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO), Dünya Bankı, ABŞ-ın Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə (BEKTEL), Avropa İttifaqı (Aİ) və s. bu kimi beynəlxalq təşkilatlarla daima əlaqədə olan Respublika əhəmiyyətli bir dövlət qurumuna rəhbərlik edən Azər Süleymanov müasir zamanla ayaqlaşaraq nəinki hər hansı bir xarici dil bilir, hətta rus dilini belə dilmancın köməyi olmadan başa düşmür və danışa bilmir. Onun iştirak etdiyi beynəlxalq tədbirin işçi dili ingilis, fransız və ispan dilidir. Onda nece olacaq ki, tədbir iştirakçıları Azərbaycan dilini bilmir, Azər müəllim isə onların dilini bilmir. Sual olunur, Azər müəllim respublikanın baytarlığını hansı dildə təmsil edəcək? Axı, orada Azərbaycan dilində sinxron tərcümə yoxdur və tək fərdin canlı iştirakı bəs etmir.
 
Ezamiyyə müddətində sessiyalarında fəal iştirak etmək, dünya ölkələrinin baytarlıq xidmətinin rəhbərləri ilə (ən azı qonşu Rusiya, Gürcüstan və Dağıstan baytarlıq xidmətinin rəhbərləri ilə) görüşüb fikir mübadiləsi aparmaq, Assambleyada çıxış etmək, ölkənin baytarlıq durumu barədə sualları cavablandırmaq, ölkəmiz üçün önəmli olan məsələlərin həll edilməsinə nail olmaq və s. lazım olur. Belə tədbirlərdə dil baryerinə görə susub, oturmaq olmaz. Azər müəllim üçün bu tədbiri, görüşləri dilmancın köməyi olmadan müvəqqətiyyətlə başa vurmaq mümkünsüzdür. Görəsən, Respublikada bu meyarlara cavab verən, zamanın tələbləri ilə ayaqlaşan bir baytarlıq mütəxəssisi tapılmadı ki, ölkə baytarlığını da layiqli təmsil etsin?! Baytarlıqda heç bir islahat keçirilmir. Vəzifənin kreslosunu tutmaqla deyil ki, əyalət təfəkkürlü Azər müəllim müasirlikdən uzaqlarda dayanıb. Bu müasirliyə yetişmək yolu çox uzundur. Payi-piyada bu yolu qət etmək isə əyalətdən gələn adamın imkanı xaricindədir.
 
Gördüyünüz kimi, ölkəmizin Prezidenti cənab İlham Əliyev beynəlxalq tədbirlərdə bir neçə xarici dildə səlis çıxışları ölkəmizin imicini necə yüksəklərə qaldırır.
 
Yenə də Azər məllim “zəngin” təcrübəsindən iştifadə edərək “çıxış yolu” taparaq özü ilə Meksikaya Aqrar Elm Mərkəzinin tabeliyində olan Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutun direktorunu tədbirlərdə ona dilmanclıq etmək, Aeroportlarda təyyarənin gəlməsi-getməsini bildirən tablolarda gedən məlumatları tərcümə etmək məqsədilə dövlət hesabına ezamiyyətə aparıb. Hansı ki, 14 dekabrda Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun 115 illiyi keçirilməsi ərəfəsində İnstitutun direktorunun təşkilatı işlərlə məşğul olduğu bir vaxta Azər müəllimə dilmanclıq etməsi məqsədilə işdən ayrılması heç yerinə düşmədi.
 
Çox və olduqca təəccüblüdür Azər müəllimi “əvəz edilməz kadr” qismində bu Dövlət Xidmətinin başında saxlayan “ əllər” kimindir?

Загрузка...
Загрузка...