Oxu bir "Qara gilə"

Bayatı üstə

Əzizim gilə gilə
Yaş gələr gilə gilə,
Aşıq getsən Təbrizə,
Oxu bir “Qara gilə”.

Təbrizin yolu bağlı,
Sağına, solu bağlı,
Oğulları can verir,
Zindanda qolu bağlı.

Əzizim sarı sarı,
Saraldım sarı sarı,
Sinəmdə vətən dağı,
Yaramı sarı sarı.

Bulağa ay bulağa,
Aygedən qız bulağa,
Yardan xəbər gətirin,
Yolu düşsə bulağa.

Dilim ay dilim, dilim,
Bal süzən şirin dilim,
Dilimə kəm baxanı.
Qoy olsun dilim-dilim.

Əzizim yar bağrımı,
Xəncər al yar bağrımı,
Məni bir dərdə salıb,
Yandırır yar bağrımı.

Əzizm ər meydanı,

Nərlərə ər meydanı,
Yağıya boyun əyməz,
Tərk etməz ər meydanı.

Əzizinəm arındı,
Bal tutduğun arındı,
Qoyma namərd əlində,
Vətən sənin arındı.

Nurəddin İSMAYIL

Загрузка...
Загрузка...