Ötən ay mediada ən çox tənqid olunan deputatlar...

Siyahıya İqbal Məmmədov və Şeyxülislamın qardaşı Cavanşir Paşazadə liderlik edir
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işinin nəticələrini təqdim edir...
2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 25621 xəbər yerləşdirilib. Bunlardan 293 xəbər mənfi, 8 xəbər müsbət və 25320 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: İqbal Məmmədov (106 xəbər – Lerik rayonunda sakinlərin şikayəti, rayonu yazılmamış qanunlarla idarə etməsi, deputatın yaratdığı anarxiyanın pik həddə çatması və s.), Cavanşir Paşazadə (49 xəbər – şikayət, qanunları kobud şəkildə pozması iddiası), Nəriman Əliyev (49 xəbər - seçiciləri Eldar Mahmudovla əlaqəsi, mandatını itirməsi təhlükəsi). Müsbət xəbərlər isə Cavanşir Feyziyevə (8 xəbər – deputata Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva 4264 xəbər
2. Rövnəq Abdullayev 1867 xəbər
3. Oqtay Əsədov 1212 xəbər
4. Qənirə Paşayeva 923 xəbər
5. Bahar Muradova 913 xəbər
6. Zahid Oruc 809 xəbər
7. Vahid Əhmədov 732 xəbər
8. Siyavuş Novruzov 708 xəbər
9. Cavid Qurbanov 707 xəbər
10. Əflatun Amaşov 633 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2894 xəbər dərc edilib. Bu xəbərlərdən 2878-i neytral, 16-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Mirkazım Kazımova (13 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Cavid Qurbanov (2 xəbər – özgə əmlakını mənimsəməsi iddiası), Cavanşir Paşazadə (1 xəbər – şikayət) və Siyavuş Novruzova (1 xəbər – yalan danışması iddiası) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva 455 xəbər
2. Siyavuş Novruzov 147 xəbər
3. Oqtay Əsədov 135 xəbər
4. Bahar Muradova 133 xəbər
5. Rövnəq Abdullayev 114 xəbər
6. Əflatun Amaşov 93 xəbər
7. Vahid Əhmədov 80 xəbər
8. İsa Həbibbəyli 77 xəbər
9. Zahid Oruc 65 xəbər
10. Cavid Qurbanov 57 xəbər
May ayında televiziya kanallarında deputatlar haqqında 2678 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva 333 xəbər
2. Rövnəq Abdullayev 131 xəbər
3. Bahar Muradova 125 xəbər
4. Oqtay Əsədov 122 xəbər
5. Əflatun Amaşov 106 xəbər
6. Siyavuş Novruzov 101 xəbər
7. İsa Həbibbəyli 97 xəbər
8. Qənirə Paşayeva 94 xəbər
9. Cavid Qurbanov 87 xəbər
10. Elman Nəsirov 87 xəbər
Radio kanallarında may ayında bu sektorla əlaqəli 216 xəbər verilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva 110 xəbər
2. Rövnəq Abdullayev 31 xəbər
3. Oqtay Əsədov 21 xəbər
4. Ziyafət Əsgərov 11 xəbər
5. Cavid Qurbanov 9 xəbər
6. Bahar Muradova 7 xəbər
7. Elman Nəsirov 5 xəbər
8. Əli Hüseynli 4 xəbər
9. Siyavuş Novruzov 3 xəbər
10. Vahid Əhmədov 3 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.