Osmanlı tarixinin ən utancverici səhifəsi: Meymunları niyə edam edirdilər? - FOTOLAR

 
Osmanlı tarixinin ən görkəmli dövrlərindən biri III Muradın hakimiyyəti illərinə təsadüf edib. Mükəmməl saray təhsili alan şahzadənin ərəb və fars dillərini bilməsi ətrafdakı insanlarda ona qarşı rəğbət hissi oyadır. Osmanlı padşahı və 91-ci İslam xəlifəsinin səltənəti dövründə Osmanlı dövlətinin sərhədləri 19.902.000 km²-ə qədər ərazini əhatə edirdi. 21 il hakimiyyətdə olan III Murad nə az, nə çox 11 sədrəzəm və 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarına əsasən, qərarsız, dinə və şeiriyyata düşkün olan padşah daim özünə yaxın bildiyi, güvəndiyi və xüsusi simpatiya bəslədiyi insanları (eləcə də rəmmal və münəccimləri) dövlətin idarə edilməsində mühüm vəzifələrə təyin edirdi.
 
 
Bunlardan biri də Molla Əbdülkərim Əfəndi olub. Hələ 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsi, eləcə də ilk türk-islam xəlifəsi olan I Səlimin dövründən Şimali Afrikada fəth edilən ərazilərdən Osmanlı torpaqlarında rast gəlinməyən meymunlar gətirilirdi. Osmanlı dövründə Molla Əbdülkərim Əfəndi bu meymunlara qarşı göstərdiyi xüsusi qəddarlığı ilə yadda qalıb. Publika.az sizə həmin maraqlı faktları təqdim edir:
 
 
Fəth edilən ərazilərdən İstanbula antik və qiymətli əşyalarla yanaşı, ağıllı meymunlar gətirilirdi. Bunlardan çoxu Osmanlı torpaqlarında çox rast gəlinməyən meymun cinsləri idi. Meymunlar çox ağıllı və zirək heyvanlar olduqları üçün onları işçi qüvvəsi kimi də işlədirdilər. Gecə növbədə qalıb, dirəklərin üzərinə dırmaşır, uzaqdan gələn gəmiləri xəbər verərək əsgərlərin hazırlıqlı olmasını təmin edirdilər.
 
 
Vəziyyət o yerə gəlib çıxdı ki, şəhərlərdə, xüsusilə Qalatada meymun dükanları açıldı. O vaxt istanbulluların meymun sevgisi dənizçilərlə məhdudlaşmırdı. Əhalinin zəngin təbəqəsi aristokratlıq naminə meymun bəsləyirdi.
III Muradın şəxsiyyətinə heyranlıq bəslədiyi Molla Əbdülkərim Əfəndi isə meymunları heç sevməzdi. Olduqca mühafizəkar bir din xadimi olan Molla Əbdülkərim eyni zamanda qeyri-müsəlmanları da sevməzdi. Padşah onu Rumeli əsgərlərinin başına gətirdikdən sonra qeyri-müsəlmanlara qarşı olan siyasətini son dərəcə azad şəkildə göstərən molla onlar üçün o vaxt alçaldıcı sayılan qırmızı və qara rəngli geyimləri məcburiyyət halına gətirdi. Bir gecə içərisində yəhudi qəbiristanlığında məscid tikdirdi. Daha maraqlı və ən qatı siyasəti isə İstanbula gətirilən meymunlarla bağlı idi.
 
 
Meymunları öldürmək üçün yollar axtaran din xadimi belə bir iddia ortaya atdı. O hər yerdə qadınların bu meymunlarla cinsi əlaqəyə girərək namussuzluq etdiyini bildirdi:
"Bu bizim qadınlarda pis vərdişlər formalaşdırır, buna yol vermək olmaz".
 
 
Əmr olundu ki, bütün meymun satılan dükanlar dağıdılsın, meymunlar isə tutulub edam edilsin. İstanbulda elə bir ağac yox idi ki orada meymun asılmasın. Bu hadisədən sonra Molla Abdulkərim Əfəndiyə "meymunkeş" ləqəbi verildi.
 
 
Bütün meymunları bir-bir öz əlləri ilə asan Mollanın vəfatından sonra bir çox heyvansevərlər onun ölüm gününü tarixi bayram kimi qeyd ediblər.

Загрузка...
Загрузка...