Osmanlı 3 qitəyə necə hökmranlıq edirdi?

Qərb üçün Osmanlı İmperiyası hər zaman cəlbedici olub. Paytaxt İstanbul tacirlərin, səfirlərin, rəssamların və zənginlərin ən çox sevdiyi məkan idi.
 Axar.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, bu sözlər fransızca yazılmış “Qərbin köhnə türklər barədə düşündükləri” kitabındadır.
 Kitabda Qərbə görə Osmanlını güclü edən 7 xüsusiyyəti təqdim edirik:
 1. Osmanlı əsgərləri komandirlərinə qeyd-şərtsiz tabe olurdular. Döyüş vaxtı ölümdən qorxmurdular və uzun müddət arpa-su ilə qidalana bilirdilər.
 2. Saraylarda təşkil edilən mərasimlərdə hər kəs bir-birinə hörmət edir və öz yerində sakitcə əyləşirdi.
 3. Osmanlı hərəmxanalarında qızlara elm, tikiş, naxış və ədəb-ərkan öyrədilirdi. Musiqi və rəqs qabiliyyətləri inkişaf etdirilirdi.
 4. Osmanlı sakini yaşadığı evdə cəh-cəlalı sevməzdi və onun üçün tək şərt evinin ətrafında yaşıllıq və quşların olması idi.
 5. Osmanlı hər zaman aciz insanların sığınacağı olub. 15-ci əsrdə İspaniya və Portuqaliyadan qovulan yəhudilərə Osmanlı sığınacaq verib və onlar burada sakit həyat yaşayıblar.
 6. Osmanlının bənzəri yoxdur. Çünki hər zaman elmə və biliyə qucaq açıb, imperiya bu şəkildə idarə olunub.
 7. Osmanlı vətəndaşları bir-birləri ilə dalaşmazdılar. Şəhərlərdə əsgərlər də daxil olmaqla, heç kim silah daşımazdı.