Oskara namizədlərin adları açıqlandı

Baxış sayı: 
181

ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyası Oskar mükafatı üzrə mübarizə aparacaq filmlərin geniş siyahısını açıqlayıb.
Trend-in məlumatına görə, "İlin ən yaxşı filmi" nominasiyası üzrə 341 film təqdim olunub.
Mükafata əsas namizədlər "Möcüzə-qadın", "Ülgüc üzərində qaçış 2049", "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır", eləcə də "Dünkerk" və "Kinqsman: Qızıl üzük" filmləridir.
Oskar mükafatının növbəti təqdimetmə mərasimi 2018-ci ilin martın 4-də Los-Ancelesdə keçiriləcək.

Загрузка...
Загрузка...