Oskar törəni: Məhəmməd Əli və Rembo rinqdə - Video

1976-cı ildə “Rokki” filminə görə Oskara layiq görülən dünya şöhrətli aktyor Silvestr Stallonenin çıxışı zamanı maraqlı bir hadisə baş verir.
 Axar.az xəbər verir ki, çıxış zamanı əfsanəvi boksçu Məhəmməd Əli səhnəyə daxil olur. Stallone və zaldakılar bunu böyük təəccüblə qarşılayır. Daha sonra ikili “rinqə” çıxırlar. Tərəflər arasında yaşanan bu qısamüddətli zarafat tarixi görüntülərə çevrilir.
 Stallone çıxışında Oskar mükafatının onun üçün elə də vacib olmadığını, ancaq Məhəmməd Əli kimi bir əfsanənin yanında dayanmağın möhtəşəm bir hiss olduğunu bildirir.
 Xatırladaq ki, bütün zamanların ən böyük boksçusu Məhəmməd Əli iyunun 3-də vəfat edib.