Orxan Pamuk məhkəməyə verildi -"Qırmızı saçlı qadın"a görə...

Türkiyənin Sakarya şəhərinin  Xəndək  mahalında yaşayan Yavuz Konuk  yazar Orxan Pamuku məhkəməyə verib.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, Yavuz Konuk  Orxan Pamukun "Qırmızı saçlı qadın" adlı kitabında öz daxili dunyasında yaşadığı fantaziyaları türk millətinə aid etməkdə suçlayıb. Kitabın əxlaqsız olduğu və xalqı təhqir etdiyini bildirən vətəndaş, əsərin satış köşklərindən toplanmasını, müəyyən dəyişikliklərdən sonra yenidən satışa çıxarılmasını tələb edib.
Yavuz Konuk bundan başqa, Orxan Pamukun türk millətindən üzr istəməsini və ona cinayət işinin açılmasını tələb edib.