Ordusu olmayan ölkələr: Onları kimlər qoruyur?

 
Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır.
 
Turaninfo.Az Sputnik-ə istinadən ordusu olmayan ölkələri təqdim edir:
 
Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.
 
İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.
 
Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.
 
Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.
 
Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.
 
Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.
 
Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.
 
Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni Zelandiya və Avstraliya ordusu hərəkətə keçəcək.
 
Lixtenşteyn: 1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.
 
Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.
 
Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.