Ordumuzun şəhid əsgəri dəfn edildi - Yeniləndi

Baxış sayı: 
78
0  
0  

 
Şəhid əsgər Qəbələdə dəfn edilib.
 
Teleqraf.com xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu dəfn edilib. Şəhid 1999-cu il təvəllüdlü S.Alışov doğulduğu Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.
 
Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
 
Qeyd edək ki, şəhidin 1 qardaşı və 1 bacısı var.
 
Allah rəhmət eləsin!
 
***
 
14:01
 
Azərbaycan Ordusunun əsgəri şəhid olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...