Ordu Kərkük hava limanını ələ keçirdi - FOTO/VİDEO (YENİLƏNDİ)

 
İraq ordusunun dünən gecə peşmərgəyə qarşı başlatdığı əməliyyat davam edir.
 
Publika.az xəbər verir ki, ordu son olaraq Kərkük hava limanını ələ keçirib.
***
İraq ordusu Kərkükdə iki neft sahəsi və bir hərbi birləşməni nəzarəti altına alıb.
Publika.az xəbər verir ki, bu barədə ordunun rəsmiləri tərəfindən məlumat verilib.
Eyni zamanda, Peşmərgə Kərkükün cənubundakı mövqelərindən geri çəkilib. Peşmərgənin geri çəkilməsi xalq tərəfindən narazılığa səbəb olub.
 
***
İraqın təhlükəsizlik qüvvələri Kərkük şəhərinin mərkəzində əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, əməliyyat şəhərin mərkəzindəki “K 1” hərbi birləşməsi və neft quyularını Peşmərgənin əlindən almaq məqsədilə aparılıb.
Bu barədə İraq Kürd Muxtar Vilayətinin Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Bərzani ilə yaxın münasibətləri olduğu iddia edilən Kərkük qubernatoru Nəcməddin Kərim şəhəri təhlükəsizlik qüvvələrinə təslim etməyəcəklərini açıqlayıb. O, bütün xalqı küçələrə axışmağa çağırıb.
Əməliyyatdan qısa müddət sonra İraqın dövlət televiziyası ordu birləşmələrinin Kərkük bölgəsində geniş bir sahəni ələ keçirdiyini, kürd qüvvələri ilə hər hansı bir qarşıdurma yaşanmadığını xəbər verib.
Zümrüd

Загрузка...
Загрузка...