​Ordu generalı da danışdı: "Dərhal..."

 
15 iyul dövlət çevrilişinə cəhddən sonra daim adı gündəmdə olan keçmiş Jandarma Baş komandanı ordu generalı Qalib Mendi Çevriliş Araşdırma Komissiyasına ifadə verib.
 
Axar.az xəbər verir ki, Mendi qiyamçılarla bir yerdə olmadığını, hətta Akıncı hərbi bazasına getməkdən imtina etdiyində silah gücünə məruz qaldığını bildirib.
 
Hərbi çevrilişə cəhd günü axşam saatlarında silah səsi eşitdiyini və dərhal Baş Qərargaha zəng etdiyini, ancaq telefona cavab verilmədiyini deyən Mendi çevriliş barədə məlumatı da qərargah rəisini əvəz edən general-mayor Arif Kəskindən aldığını qeyd edib.