​Oqtay Şirəliyev yeni baş həkim təyin etdi

 
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına RMX yeni baş həkim təyin edilib.
 
Report-un məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, A.Hüseynov bundan əvvəl akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib.
 
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.