​Oqtay Əsədov: “Bosniya və Herseqovinanın Xocalı soyqrımı qərarı əhəmiyyətlidir”

 
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
O.Əsədov görüş zamanı deyib ki, bu cür səfərlər ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edilib ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra xalqlarımızın tarixindəki oxşar ağrı-acılar bizi bir-birimizə daha da yaxınlaşdırmışdır.  Azərbaycan tərəfi Xocalı soyqırımı ilə əlaqədar Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını yüksək dəyərləndirir. Biz bunu Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndiririk.
 
Ölkələrimiz arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. 2016-cı ilin yanvarında AŞPA-nın qış sessiyasında Bosniya və Herseqovina parlamentinin üzvü Militca Markoviçin irəli sürdüyü “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsinin səs çoxluğu ilə qəbul edilməsini bu sahədə uğurlu əməkdaşlığımızın nümunəsi kimi dəyərləndiririk.
 
Spiker  hər iki ölkə arasında mədəni-humanitar münasibətlərin də yüksək səviyyədə olduğunu söylədi: “Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini önəmlidir”.
 
Səmimi qəbul üçün minnətdarlığını bildirən Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərməkdədir. Müstəqillik əldə etmiş xalqlarımızın tarixindəki oxşarlıqlar bizi bir-birimizə daha sıx bağlayır. Bosniya və Herseqovina Qafqazın bu bölgəsi ilə əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.

Загрузка...
Загрузка...