​Oqtay Gülalıyevin oğlunun cinayət işinə xitam verildi

 
 “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalyevin oğlu Əlgüşad Gülalıyev barəsində 3 il əvvəl başlanmış cinayət işinə xitam verilib.
 
Missiya.Az xəbər verir ki, bu barədə AZƏRFAKS-a Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev məlumat verib.
 
Xatırladaq ki, Ə.Gülalıyev 20 dekabr 2013-cü il tarixində təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməkdə ittiham olunurdu. İş üzrə zərərçəkmiş kimi həmin məktəbin şagirdi Bayram Sultanlı keçirdi.
 
Xətai rayon məhkəməsinin 30 oktaybr 2014-cü il tarixli qərarl ilə Ə.Gülalıyev Cinatət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək əmək haqqının 15%-i dövlətin xeyrinə tutulmaqla, 6 ay islah işlərinə məhkum edilmişdi.
 
Hökmdən Apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək 26.10.2015-ci il tarixində keçirilmiş prosesdə Xətai rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmünü qüvvədə saxlamışdı.