“Onların qərarını dəstəkləmək bizim borcumuzdur”

Mirmahmud Mirəlioğlu: “Muxtariyyət qərarını türkmənlər özü verə bilər”
 
 
Kərkükə İraq dövləti tabeliyində muxtariyyətin verilməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir.
 
Maraqlıdır, Kərkükə veriləcək muxtariyyət türkmənlərin haqq və hüquqlarının daha etibarlı müdafiəsini təmin edə biləmi?
 
Moderator.az -a açıqlama verən KXCP sədri Mirmahmud Mirəloğlu muxtariyyətlə bağlı qərarın türkmənlərə məxsus olduğunu vurğuladı:
 
“Bu məsələyə ilk növbədə türkmənlərin özünün müzakirəsindən, gəldikləri qərardan sonra qəti fikir bildirmək olar. Çünki bu, onların təbii haqlarıdır. Amma fikrimcə, bu məsələni gündəmə gətirmək kürd muxtariyyətinə haqq qazandırmaq anlamına da gələ bilər. Ancaq türkmənlər hansı qərara gəlsələr, bu qərarı dəstəkləmək bizim borcumuzdur”.

Загрузка...
Загрузка...