​"Onların mənliyi olsa Azərbaycan bayrağının altında oturmazlar" - İTTİHAM...

"O adamlar Milli Məclisdə də var, Prezident Aparatında da, Nazirlər Kabinetində də, dövlət qurumlarında da"
 
 
Ötən gün “APA TV”-nin “İlham Tumasla 40 dəqiqə” verilişinin qonağı olan istiqlalçı millət vəkili vahid Əhmədov maraqlı fikirlər səsləndirib.
 
Belə ki, adıçəkilən kanalın 18 oktyabr Müstəqillik Günü ilə bağlı buraxılışında “Müstəqilliyimizə necə çatdıq?” sualının müzakirəsi üçün verilişin qonaqları millət vəkili Vahid Əhmədov, Lent.az saytının baş direktoru Qabil Abbasoğlu və tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl olub.
 
Verilişdə izləyicilərdən birinin “Müstəqilliyimizin əleyhinə səs verənlər haqqında niyə danışmırsınız? Çoxu da vəzifədədir” sualına millət vəkili Vahid Əhmədov açıqlama verib:
 
“Müstəqilliyimizin əleyhinə səs verənlərin özlərinin mənliyi olsa, Azərbaycan bayrağının altında oturmazlar. Çünki onlar bu gün Azərbaycan bayrağının altında olub, müstəqillikdən bəhrələnirlər. Həmin insanlar bizdən də çox bəhrələnirlər. O adamlar Milli Məclisdə də var, Prezident Aparatında da, Nazirlər Kabinetində də, dövlət qurumlarında da. Sən Azərbaycanın müstəqilliyini istəmirsən, müstəqilliyinin əleyhinə səs vermisən, bu gün ondan bəhrələnirsən”.
 
Verilişin aparıcısı İlham Tumas Millət vəkilinin məlum suala cavabını - "Bir səhvdir ediblər, silahı götürüb, geçiblər bizim tərəfə" deyərək, yekunlaşdırmaq istəsə də, Vahid Əhmədov "Sabah da vəziyyət dəyişsə, o biri tərəfə keçəcəklər" deyə sözünə davam edib.
 
Verilişə daha ətraflı baxmaq üçün videonu izləyə bilərsiniz.

Загрузка...
Загрузка...