Onları sizdə tanıyın! - Mirzə İbrahimov bütün vəzifələrdən azad olunması səbəbləri...

1957 -ci ildə məşhur Türk şairi Nazim Hikmət Bakıya gəlir. Universitetdə tələbələrlə görüşdə, ona kağıza yazılı sual ötürürlər: ,, Azərbaycan dilini bilməyən və yaxud bilib bu dildə danışmayan ziyalını necə qiymətləndirmək olar? Hər addımı KQB-nin nəzarətində olan şair sualdan yayınır. Görüşün sonunda çıxış edən xalq yazıçısı, Ali Sovetin Rəyasət Heyətinin sədri Mirzə İbrahimov bu sualı ucadan oxuyub özü cavablandırır: - Azərbaycan dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalı əclafdır. Cavab gurultulu alqışlara səbəb olur .
Bu sualın səsi Moskvaya Nikita Xruşşova, Sov. İKP. MK Plenumuna gedib çıxır, Mirzə İbrahimov bütün vəzifələrdən azad olunur .