​Ömürlük məhbuslar hansı halda azadlığa buraxılacaq?

Baxış sayı: 
211
0  
0  

 
 
 
Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı yaranmış ziddiyyətlərə aydınlıq gətirib.
 
Virtualaz.org-un məlumatına görə, Vüsal İsayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə keçirilən Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı bildirib ki, Cinayət Məcəlləsinin 57.3 (Ömürlük azadlıqdan məhrum etmə) maddəsinə əsasən, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
 
Sektor müdiri bildirib ki, hazırda bu məcəllənin 57.4-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilir: “Dəyişikliklə “15” il “10” illə əvəz edilir. Yəni, bu o demək deyil ki, ömürlük cəzaya məhkum edilənlər 10 ildən sonra azadlığa buraxıla bilər. Burada 25+10 hesablanır. Yəni, 35 il olacaq”.
 
 
 
Sektor müdiri daha bir vacib məqama toxunub. Bildirib ki, Azərbaycanda azadlığın məhdudlaşdırılmış şəxslərə nəzarətdə elmi nailiyyətlərdən xüsusi elektron vasitələrdən istifadə olunacaq, yəni şəxslərə elektron nəzarət aparılacaq: "Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə sanksiyaların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşıdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik.
 
Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni, şəxslərə elektron nəzarət aparılacaq. Azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək".
 
Cebhe.info

Загрузка...
Загрузка...