​Ölümündən 150 il sonra dəfn edilən ən eybəcər qadın – FOTO

 
 
Çirkin olduğuna görə sirkdə müxtəlif nömrələr göstərən Xulio Pastrana dünyanın ən eybəcər qadını kimi tarixə düşüb.
 
Turaninfo.Az publika.az-a istinadən bildirir ki, bir çoxlarının "meymun qadın" adlandırdığı Xulio hipertrixoza ilə doğulduğundan bədəni, üzü, qolları, hətta gözləri də tüklə örtülü olub.
 
Bir çoxlarına qorxunc təsir bağışlayan qadını Avropanın ayrı-ayrı ölkələrində sərgilərə çıxarıb insanlara göstəriblər.
 
Tünd-qara, gur saçlı qadın Meksikada doğulmuşdu. İri buruna, böyük qulaqlara malik qadının zahiri insanları qorxutsa da, ecazkar səsi və gözəl rəqsi ilə hər kəsi valeh edib. Mədəni davranışlı qadın 3 dildə sərbəst danışırmış.
 
Teodor Lentlə ailə qurmuş qadın ondan bir uşaq da dünyaya gətirib. Körpə özü də anası kimi tüklü olub. Yeni doğulan uşaq 3 gün yaşayıb. Bu doğuş ananın da həyatının sonunu gətirib.
 
1860-cı ildə dünyasını dəyişən qadının nəşi əri tərəfindən mumiyalanıb. Teodor həyat yoldaşının cəsədini "dünyanın ən eybəcər qadını" kimi sərgilərdə nümayiş etdirməyə başlayıb.
 
Nəşi oğurlanmış qadının meyiti Norveçdə tapılıb. 1943-cü ildə bu ölkəni işğal etmiş almanlar onu yandırıb birdəfəlik Yer üzündən silmək istəsələr də, mumiyalanmış ölünün onlara sərgilərdə külli miqdarda gəlir gətirəcəyini nəzərə alıb fikirlərindən daşınıblar.
 
Nəşi əldən-ələ keçən qadın ölümündən 150 il sonra - 2013-cü ilin 12 fevralında torpağa tapşırılıb. Ona yalnız torpağa tapşırdıqdan sonra ehtiram bəsləməyə başlayıblar.