​Ölümsüz bir EŞQ – “Mihriban” türküsünün ACI HEKAYƏSİ – FOTO/VİDEO

Bir neçə gün öncə “Çukur” serialını izləyərkən ekran işində “Mihriban” türküsünü eşitdim. Səhnə və musiqi, bir də "Lambada titreyen alev üşüyor" cümləsi o qədər təsirli idi ki, mahnını araşdırmağa qərar verdim.
Sən demə, bu, 1960-cı ildə yaşadığı ölümsüz eşqi kəlimələriylə əbədiləşdirən Abdurrahim Karakoçun əsl adını gizləyib, Mihriban deyə çağırdığı o gözəl Anadolu qızının hekayəsidir...
Kənddə toy olacaq deyə qonşu rayonlardan qonaqlar gəlməyə başlayır. Gənc Abdurrahim kənddə yeni bir qızla qarşılaşır, həmin qız isə qonşunun toyuna gələn qonaqlardan biri olur. O, adı kimi özü də mehriban, gülər üzlü, şəfqətli Mihribanla tanış olur.
 
Qızın qonaqlıq müddəti uzandıqca, aralarındakı eşq də alovlanmağa başlayır. Bir gün Abdurrahim Mihriban adını qoyduğunu sevgilisini görməyə gedər və məlum olar ki, qonaqlar çıxıb gedib.
 
 
Abdurrahim üçün həyat mənasızlaşmağa başlayır. Özünə qapanan gənc əzab çəkir. Onun psixoloji halının pisləşdiyini görən ailə qızı tapmaqdan ötrü Maraş şəhərinə yollanır. Axtarışlar uzun çəksə də, onlar ailəni tapmağa müvəffəq olurlar. Ailəsi öncə “Qızımız hələ kiçikdir” bəhanəsini uydurur. Daha sonra Karakoç ailəsinin israrlarını görüb gerçəyi - qızın nişanlı olduğunu deyirlər.
 
 
Abdurrahim Karakoçun ailəsi
Abdurrahim ailəsi geri dönəndən sonra onların üzündəki ifadədən hər şeyi anlayar və həqiqəti eşidər. Sevgisini qəlbində basdırmağa çalışsa da, yeddi il sonra içindəki eşqin hələ də alovlandığını görər. Buna səbəb isə yaxın dostlarından birinin yolda Mihribanla qarşılaşdığını Abdurrahimə deməsi olur. Dostuna heç nə bəlli etməsə də, o, gedəndən sonra “Lampada titrəyən alov üşüyür” kimi dərin mənalı cümlələrin olduğu bu şeiri yazır:
“Sarı saçlarına deli gönlümü
bağlamıştın, çözülmüyor, Mihriban.
Ayrılıktan zor belleme ölümü
Görmeyince sezilmiyor, Mihriban.
Yar deyince kalem elden düşüyor,
Gözlerim görmüyor, aklım şaşıyor.
Lambada titreyen alev üşüyor
Aşk kağıda yazılmıyor, Mihriban.
Önce naz, sonra söz ve sonra hile,
Sevilen seveni düşürür dile.
Seneler, asırlar deyişse bile,
Eski töre bozulmuyor, Mihriban
Tabiplerde ilaç yoktur yarama,
Aşk deyince ötesini arama.
Her nesnenin bir bitimi var ama,
Aşka hudut çizilmiyor, Mihriban
Boşa bağlanmış bülbül gülüne,
Kar koysan köz olur aşkın külüne.
Şaştım kara bahtım tahammülüne,
Taşa çalsam ezilmiyor , Mihriban.
Tarife sığmıyor aşkın anlamı,
Ancak çeken bilir bu derdi qamı.
Bir kördüğüm baştan sona tamamı
Çözemedim, çözülmüyor, Mihriban.
 
O şeir illər sonra Musa Eroğlunun notları ilə musiqi formasına düşür. Həmin bəstə Türkiyənin gerçəklərini, sevginin necə saf, təmiz olduğunu ortaya çıxarırdı. Bu şeir türkü olandan sonra hər yerə yayılır. Özü haqqında yazılan mahnı təbii ki, Mihribanın da qulaqlarına gəlib çatır.
 
Abdurrahimə bir məktub yazır və “Unutmaq asan deyil” deyir... Bundan sonra Abdurrahim ona həsr etdiyi ikinci şeirini yazır.
“Unutmak kolay mı?” deme,
Unutursun, Mihribanım.
Oğlun, kızın olsun hele
Unutursun, Mihribanım.
Zaman erir kelep kelep...
Meyve dalında kalmaz hep.
Unutturur bir çok sebep,
Unutursun, Mihribanım.
Yıllar sinene yaslanır;
Hatıraların paslanır.
Bu deli gönlün uslanır…
Unutursun, Mihribanım.
Süt emerdin gündüz-gece
Unuttun ya, büyüyünce…
Ha işte tıpkı öylece
Unutursun, Mihribanım.
Gün geçer, azalır sevgi;
Deyişir her şeyin rengi
Bu gün deyil, yarın belki,
Unutursun, Mihribanım.
Düzen böyle bu gemide;
Eskiler yiter yenide.
Beni deyil, sen seni de
Unutursun, Mihribanım.
 
Nə adı Mihriban idi, nə də saçları sarı...
Karakoç hekayə ilə bağlı verdiyi bir müsahibədə Mihribanı bir daha görmək istəmədiyini deyir: “Sonuncu dəfə olsa,belə görmək istəməzdim. O, məni xəyalındakı formada yaşatsın, mən də onu. O eşq məsum, gözəl bir eşq idi. İcazə verək, elə də qalsın. Nə adı Mihriban idi, nə də saçları sarı...”
 
Və sözlərinə belə davam edir:
“O gəncliyimdə yaşadığım bir eşq idi, ancaq indi adını deməyim düzgün olmaz, ayıbdır. Masa arxasındakı xəyalən qurulmuş bir eşq bu dadı, ləzzəti vermir. Yaşamalısan ki, yazasan. Həmin dövrlərdə elektrik yox idi, lampa işığında yazırdım. Şeirə başlayanda lampadakı alov titrəməyə başladı və “Lambada titreyen alev üşüyor” ifadəsi yazıldı... Gözəl, tərtəmiz bir sevgi idi. Tərtəmiz də ayrıldıq. Ondan başqa heç kimi sevmədim. Düşünürəm ki, oxucu bu şeirdə özünü tapdı. Çünki hər kəsin həyatında bir Mihriban var...”
 
 
“Mihriban” türküsü Mahsun Kırmızıgül, Cem Adrian və bir çox sənətçilər tərəfindən oxunub. Eləcə də, “Unutursun, Mihribanım” əsəri bir neçə müğənninin repertuarında yer alıb. Ancaq heç biri Musa Eroğlunun səsləndirməsi qədər populyarlıq qazanmayıb...

Загрузка...
Загрузка...