Ölümə doğru “qanadlanma”: Məktəblərdə satış qadağan edilsə də… uşaqlar onu tapır

 
    
 
“Azərbaycanda satılan enerji içkilərinin tərkibi yoxlanılmalıdır. Əgər həmin içkilər insan sağlamlığına təhlükə törədirsə, onun satışı qadağan olunmalıdır. Elə təbliğat aparırlar ki, guya həmin içkilər adama enerji verir. Əslində isə enerji daimi olan şey deyil. Səhər enerjili olursan, axşam isə onu istifadə edəndən sonra bitir. Ona görə də enerji içkilərinin tərkibini yoxlamaq lazımdır ki, bilək, həmin içkilər insanların, xüsusilə də azyaşlı şəxslərin səhhətinə necə təsir göstərir. Əgər mənfi təsiri varsa, o zaman müvafiq qurumların nümayəndələri bununla bağlı məsələ qaldırmalıdırlar. O içkilərin tərkibini öyrənmək lazımdır.
 
Bəlkə xaricdən elə şeylər göndərirlər ki, insanlara ziyan versin. İndiyədək mən bir dəfə də olsun “Red Bull” və ya digər ernerji içkilərindən istifadə etməmişəm. Ümumiyyətlə, bu içkiləri nə övladlarıma, nə də nəvələrimə məsləhət görürəm. Övladlarımdan da heç biri bu içkilərdən istifadə etmir. Baxırsan ki, hər yerdə “Red Bull”, “Red Bull” deyə reklam gedir.
 
“Adam var “Red Bull” içib, amma qanadlanmayıb”
 
Reklamda yalandan deyirlər ki, guya “Red Bull” içəndən sonra insan qanadlanır. Bunun özü belə “reklam haqqında” qanunun tələblərinin pozulmasıdır. Kim deyə bilər ki, mən “Red Bull” içəndən sonra qanadlanmışam? Eksperiment üçün kimsə göstərsin ki, “Red Bull” içəndən sonra uçub? Kim sübut edə bilər ki, mən “Red Bull” içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, “Red Bull” içib, amma qanadlanmayıb”. Millli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyevin bu sözləri xeyli ümddətdir müzakirəedilən enerjili içkilərin təhlükəsinə yenidən diqqət çəkib. Deputatın fikirlərinə yanaşmalar müxtəlif olsa da ortaq sual var: enerji verdiyi deyilən içkilərin xeyri, yoxsa ziyanı daha çoxdur?
 
“Enerji”ni nə verir”
 
Enefrji içkilərinin tərkibində kofein, guaran cövhəri, jenşen, amin turşusu taurin, teobromin və kakao teofillin alkaloidləri, eləcə də vitamin və karbohidratlar olur. Istehsalçılar bu içkilərin fiziki və əqli iş qabiliyyəti, məhsuldarlığa stimullaşdırıcı təsir etdiyini deyir. İlk enerji içkisi 1960-cı ildə Yaponiyada buraxılıb. Avropa bazarına ilk dəfə 1987-ci ildə çıxarılıb. ABŞ-a 1997-ci ildə aparılıb. 2000-ci illərdən məşhurlaşıb. Cəmi 6 il sonra dünyada bu içkilərin 500 brendi yaradıldı. Reklamlar istehsal və bazarı getdikcə artırır. Ziyanların barədə danışmasına baxmayaraq xüsusilə, gənclər ona daha çox meyil edir.  Avropa Ərzaq Təhlükəsizliyi Agentliyinin araşdırmasına görə, Avropa Birliyinə daxil olan 16 ölkədə böyüklərin təxminən 30 faizi (18 yaşdan yuxarı), yeniyetmələrin 68 faizi (10-18 yaş arası) və 10 yaşınadək uşaqların 18 faizi müntəzəm enerji içkisi içir. Çexiya Respublikasında bu rəqəm yeniyetmələrdə 82, uşaqlarda 40 faiz olub.
 
 
 
Enerjini içki vermir, özünüzdən xərcləyirsiz
 
Araşdırmalar göstərib ki, enerji içkisinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rənglndirici, dadlandırıcı, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və vitaminlər var. "XL", "Pitbull", "Rox", "Red Bull", "Hell", "Jaquar", "Blue", "Reo Line", "Monster" və s. bu kimi energetik içkilərdə sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, üstəlik az qala 2 dəfə. Buna görə də mütəxəssislər bu içkilərin insana enerji verdiyi iddialarının reklamdan başqa heç nə olmadığını dəfələrlə vurğulayır. Bildirirlər ki, enerji verməyən bu içkilər sadəcə orqanizmi stimulyasiya edir. Xüsusilə də kofein ürək fəaliyyərini artırır, arterial təzyiqi yüksəldir. Qəbul etdikdən sonra o, bədənin daxili ehtiyatlarının xərclənməsinə şərait yaradır. Başqa sözlə desək, özü enerji vermir, insanın öz enerjisini üzə çıxarır. Ancaq bu vəziyyət də qısa müddət davam edir. 4-5 saatdan sonra isə onu istifadə edən şəxsdə yorğunluq, yuxusuzluq, əsəb və depressiya yaranır.
 
“Red Bull” belə asılılıq yaradır
 
Məsələn: Çoxlarının tanıdığı “Red Bull”. Tailandda istehsal olunub, Red Bull Energy Drink-əsası ilk dəfə olaraq avstriyalı işbazlar Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qoyulub. Onların hər biri  $500,000 investisiya ayırmaqla yeni yaranmış şirkətə 49 % mənfəət əldə etdilər.Qalan 2 % mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürüldü.Və beləliklə, məhsul 1987-ci ildə qazlı içki görünüşündə ilk dəfə olaraq bazara çıxarılıb. Tərkibi belədir:
* Su
* Taurin
* Arginin
* Kofein
* B qrupu vitaminləri
* Şəkər
* Qlükoza
* Aspartam
* Natrium sitrat
* Heksoza
Kofein əsəb sisteminin gərginləşdirir, asılılıq yaradır, hətta depressiyaya səbəb olur. Bundan başqa kofein qan dövranına və ürəyin funksiyalarına təsir edir. Bu içkilərdən sonra insanda döş qəfəsində sancı, qarın ağrısı, ürəkbulanma, yuxusuzluq özünü göstərir.
 
 
 
Ölkələrdə qadağalar artır
 
Dünya artıq energetik içkilərə qarşı sədd çəkir. Norveçdə ancaq apteklərdə satılır. Danimarka və Fransa, Türkiyə, Uruqvay, İslandiya, həmçinin ABŞ-ın Vaşinqton, Yuta, Oklahoma və Miçiqanda satışı qadağan edilib. İsveçdə 15 yaşdan aşağı uşaqlara belə içkilərin satışına icazə verilmir, onların bəzi növlərini isə yalnız dərman preparatı kimi apteklərdən əldə etmək olar. Kanadada energetik müştərilərini içkinin gündəlik maksimum qəbul həcmi barədə xüsusi etiketlə məlumatlandırır və spirtlə qarışdırılmasının yolverilməz olduğu haqda xəbərdar edirlər. Avstraliya və Yeni Zelandiyada energetik istehsalçıları, kofein tərkibinə məhdudiyyətlərdən qaçmaq üçün öz məhsullarını xüsusi qeydiyyatdan keçirməlidirlər. Macarıstanda energetiklər potensial zərərli məhsullar siyahısındadır və satışından xüsusi vergi tutulur. Adını da əhalinin sağlamlığına görə vergi qoyublar.
 
Azərbaycanda məktəblərdə qadağan edilib
 
Azərbaycanda bir neçə il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uşaq müəsissələrində, məktəb bufetlərində energetik içkilərin satışını qadağan edib. Çünki əsasən uşaq orqanizminə mənfi təsir edən bu içkinin təsiri ilə bağlı artıq Amerika Ürək Dərnəyi də xəbərdarlıq edib. Müraciət Ümumdünya Səhiyyə Təşkilatına göndərilib.
Dərnək mütəxəssisləri araşdırmalardan sonra bildirib ki, energetik içkilər 6 yaşına qədər uşaqlar üçün əks göstərişlidir. 5 min uşaq üzərində aparılan araşdırma bu nəticəni üzə çıxarıb. Enerji verdiyi deyilən içkilər uşaqların ürək döyüntülərini sürətləndirib, təzyiqi artırıb. Təsadüfi deyil ki, Amerikada 16 yaşlı yeniyetmə qızın məhz 2 energetik içkidən sonra vəfat etdiyinə dair məlumatlar yayılıb.
 
Spirtlə birgə qəbulu ölüm yaradır
 
Kardioloqların sözlərinə görə, energetik içki ürək döyüntülərini sürətləndirir, qan təzyiqini artırır, insan beynini oyadır, yaddaşsızlıq, yuxusuzluq yaradır. Çox istifadəsi hətta psixoz və ölümə də səbəb olur. Xüsusilə də bu içkilər spirtlə qarışdırılıb içildiyi təqdirdə təhlükə saçır. Araşdırmalar gösətrir ki, insan orqanizminə böyük təhlükəni məhz bu qarışıq yaradır. Qarışıqdan daha çox gənclərin istifadə etməsi risk qrupu formalaşdırıb. Mütəxəssislər bunu iki içkinin bir-birindən fərqli təsiri ilə izah edir. Energetik içki stimullaşdırıcı effektə malikdir. Spirt isə sinir sistemini bunun əksinə olaraq sıxır. Nəticədə insan qəbul etdiyi içkinin miqdarına nəzarət hissini itirir, doymazlıq hiss edir və daha miox içki daha böyük təhlükələrə yol açır. İlk növbədə zəhərlənmə faktları ortaya çıxır ki, ikinci mərhələdə müdaxilə dərhal edilmədiyi təqdirdə ölüm qaçılmaz olur.
 
Satış qadağan edilsə...
 
Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bir müddət əvvəl verilən məlumata görə, cəmi 3 energetik içki Dövlət Komitəsinin laboratoriyasında yoxlanılan zaman o içkilərin tərkibindəki maddələr normal həddə çıxdığından idxalı və satışına icazə verilib. Ancaq məlumdur ki, mağazalarda satılan energetik içkilərin növü getdikcə artır.
Hər gün daha yeniləri piştaxtada görünür. Müştərisi isə əsasən uşaqlar və gənclər olur. Bu yaş qrupunda olanlara satışla bağlı heç bir qadağa olmadığından təhlükənin miqyası da böyüyür. Əslində, satışla bağlı qadağanın qanuniləşdiriləcəyi təqdirdə belə ona əməl olunacağı şübhə doğurur. Hər halda ortada siqaret təcrübəsi var...
 
Sevil Ağazadə
 
Cebhe.info

Загрузка...
Загрузка...