Ölənlərin üzləri divarlara həkk olunur – Bu günə qədər sirri açılmayan paranormal hadisə – FOTOLAR

Baxış sayı: 
138

XX əsrin ən böyük paranormal hadisəsi – Belmez üzlər
Bu hadisə 1971-ci ildə İspaniyanın Əndəlüs vilayətində yerləşən Belmez adlı kiçik bir kənddə baş verib.
Kənddə məskunlaşmış Perreyra ailəsi sakit həyatlarını yaşamaqdaydı. Ancaq 1971-ci il avqustun 23 dən başlayaraq uzun müddət davam etmiş və səbəbi hələ də bilinməyən müəmmalı bir hadisə onları bu sakit həyatdan məhrum edir.
Həmin gün evin xanımı Mariya Perreyra Qomez mətbəxin divarında qəribə cizgilərin yarandığını görür. Əvvəlcə bu cizgilərə fikir verməyən Mariya daha sonralar cizgilərin qəribə bir hal aldığını müşahidə edir. Qadın bu cizgiləri yox eləmək məqsədilə divarları yuyucu vasitələrlə təmizləməyə çalışır, ancaq alınmır.
Səhəri gün mətbəxə daxil olan Mariya gördüklərindən şoka düşür və cəld əri Miqueli çağırır. Divarda çox aydın olmayan insan sifəti şəkli yaranmışdı. Narahat olan ailə qonşularını bura çağırır və qonşuları da bunun insan üzü olmasını təsdiqləyir, hətta qonşulardan biri bu şəklin kənddəki katolik kilsəsindəki şəkillərə bənzədiyini bildirir.
Hadisə kəndə yayılır və qısa zamanda Perreyra ailəsinin evinə ziyarətçilər axın edir. Bununla belə, gün keçdikcə divarda yeni şəkillər yaranır. Bunlardan bezən Miquel əlinə çəkic alaraq divarı dağıdır. Lakin sifətlər dağılmış divarda yenidən yaranır.
 
Bütün bunlardan xəbər tutan hökumət evdə tətqiqad aparmaq üçün mütəxəssislər göndərir. Perreyra ailəsinə qalmaq üçün başqa bir otaq verilir, şəkillər olan otaqda isə araşdırmalar aparılır. Araşdırmalar zamanı divardakı üzlərin hər gün daha da aydınlaşması və yeni üzlərin yaranması qeydə alınır. Mütəxəssislər ilk olaraq qonşuluqdakı gənc rəssamdan şübhələnir, lakin divardakı rəsmlər üzərində aparılan araşdırmalar nəticəsində heç bir alət izi və ya material tapılmır. Problemin kökünü tapmaq üçün mətbəxi qazmağı qərara alırlar.
 
Divar qazılır və bir müddət qazdıqdan sonra çoxlu sayda insan sümükləri tapılır. Lakin ən maraqlısı bu idi ki, tapılmış sümüklərin arasında heç bir kəllə sümüyü olmur. Sümüklər üzərində ekispertizanın nəticələrinə əsasən sümüklərin 14-cü əsrdən qalma kəndin katolik kilsəsində tapılmış sümüklərin çatışmayan hissələri olduğu məlum olur. Almaniyadan gələn məşhur parapsixoloq Hans Bender bu hadisəni indiyə qədər görülmüş ən böyük paranormal hadisə adlandırır.
 
Ekspertlər divarları örtüklərlə əhatələyir və otaq möhürlənir. Otağa heç kimin girmədiyindən əmin olmaq üçün qapıya mühafizəçi qoyulur. 3 ay sonra isə qapının möhürü açılır, örtüklər çıxardılır. Nəticə isə otaqdakı hər kəsi təəccübləndirir, otaqda yeni üzlər yaranmış, əvvəlki üzlər isə daha da aydın şəklə düşmüşdü.
Bundan dəqiqələr sonra Mariyanın bağırtısı eşidilir. Perreyra ailəsi üçün tikilmiş balaca komanın divarında da üz peyda olur. Şəkillər divarlardan diqqətlə götürülərək Valensiadakı laboratoriyaya ekspertiza üçün göndərilir. Bu hadisə üzərindən illər keçir, ekspertizalar nəticə vermir. Miguel Perreyra vəfat edir və Miguelin üzü divarda görülür. Mariya isə 85 yaşında 2004-cü ildə vəfat edir. Ölməmişdən bir gün öncə xəstəxanada yatan Mariya evə öz istəyi ilə aparılır və orada vəfat edir və Mariyanın da üzü divarda görülür.
Hadisə haqda fərziyyələr
Bu haqda bir çox fərziyyələr var. Bir çoxu bunun qurma olduğunu, turistləri bura çəkmək üçün atılmış bir addım kimi qəbul edir. Xüsusilə şəkillərin ailənin oğlu Xuan Perreyra tərəfindən çəkildiyi deyilir. Lakin otağın möhürləndiyini nəzərə alsaq, bu variantın düzgün olması məntiqə uyğun olmaz.
 
Parapsixoloq isə bunu evin xanımı Mariya ilə əlaqələndirirlər. Mariyanın “Thoughtography” adlanan bir hadisənin qurbanı olduğunu deyir. Buna görə belə insanlar zehnindəki fikirləri divarlara həkk edə bilirlər.
Lakin Mariya öldükdən sonrada bu şəkillərin divarlarda görünməsi davam etdiyindən, bu variantında gərçəyə uyğun olmadığı aşkar edilir. Bu hadisənin səbəbi hələ də tam bilinmir.
Tamerlan Mehdi
Minval.İnfo

Загрузка...
Загрузка...