Ölkəni Yeltsin deyil, qızı Tanya ilə oynaşı Çubays idarə edib - BƏDBƏXT RUSİYA...

 
 
Rusiyanın ilk prezidenti Boris Yeltsinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Korjakovun “112 Ukrayna” telekanalına müsahibəsinin Azərbaycan oxucuları üçün də maraqlı olacağına inanırıq.
 
Vaxtilə yaşadığımız SSRİ-nin son illəri, ölkə rəhbərlərinin o zamanlar görünməyən gündəlik həyat tərzləri, ailələri, xasiyyətləri və s. haqqında məlumatlar, tarixi faktlar olduqca maraqlıdır.
 
Moderator.az A.Korjakovun müsahibəsinin sonuncu hissəsini təqdim edir.
 
 
Əvvəlini bu linkdən oxumaq olar: moderator.az/news/195818.html
 
 
- Aleksandr Vasilyeviç, səhv etmirəmsə Yeltsin rəsmən Boris Nemtsovu özünün varisi elan etmişdi. Nemtsovun özü də mənə demişdi ki, Yeltsin ona deyib: “Məndən sonra Rusiyanın prezidenti sən olacaqsan”. Doğrudanmı, Boris Nikolayeviç belə hesab edirdi?
 
- Bu, Ilk vaxtlar belə idi - Nemtsov təzə qubernator olmuşdu, biz onun yanına gedəndə, o həqiqətən gözə çox kül üfürdü, əla qəbul təşkil etmişdi, Qorbaçovun vaxtındakı kimi, xalalar əllərində bir buxanka çörək ortalıqda  gəzişirdilər. Elə o vaxt Yeltsində varislik haqqında fikir yaranmışdı. Vaxtaşırı onun yanına gəlib gedirdi, amma deməzdim ki, Boris Nikolayeviç onun prezident olacağını mənimlə məsləhət edib. Ailə onu məcbur edirdi ki, varis haqqında düşün, reytinqin dörd faizdir.
 
- Sizcə Nemtsovu kim və niyə öldürdü?
 
- Lakeylər öldürdü və lakeylər də komanda verdi. Mən kitabımda yazmışam ki, onun öldürülməsini jurnalist  Xolodovun  aradan götürülməsi ilə müqayisə edə bilərəm. Jurnalisti öldürənlər Qraçovun dalını yalayırdılar, Nemtsovu öldürənlər Putinin. Yaladılar. Amma, çox da uğurlu olmadı.
 
- Hansı lakeylər, hardan? Ümumiyyətlə, kimdi bunlar, tanımırsınız?
 
- Necə yəni? Burda nəsə başqa heç nə uydurmaq lazım deyil - onlar hamısı bir familiya daşıyırlar və respublikaların birindəndirlər. O respublika, vaxtilə monqol-tatar zülmündəki kimi yaşayır. Rusiya ömürlük onlara töycü verir. Yazıqlar artıq bilmirlər pulu hara qoysunlar, “Mercedes”lərə doyublar. O biri respublikalar onlara baxıb göz yaşlarını tökürlər.
 
- Keçmiş mühafizə xidmətinin rəhbəri kimi, sizə yaxşı məlumdur ki, görünmədən Kremlə necə yaxınlaşmaq olar?
 
- Onları tez tapdılar. Bilirəm ki, kameraların çoxu pis işləyib, amma yenə də tapdılar.
 
– Siz deyirdiniz ki, Berezovski sizi razı salmaq istəyirmiş ki, Qusinskini, Lujkovu və Kobzonu öldürəsiniz. Amma Berezovskinin özü öldürüldü - intiharmı etdi, indiyədək sağdırmı?
 
- Birincisi, o dəfələrlə Kobzonu, Lujkovu, Qusinskini öldürməyi xahiş etmişdi. Vaxtaşırı onlar haqqında iformasiya gətirirdi ki, onları aradan götürmək lazımdır. O ki, qaldı onun ölümünə... Eşitmişəm ki, o kimisə zərbə altına qoyub, onun yerinə oxşarı öldürülüb - bunlar hamısı cəgəngiyatdır. Skotland Yardda (London polisinin qərargahı) ən təcrübəli adamlar işləyir və belə bir ölüm olsaydı, bu barədə o saat xəbər verərdilər. O sadəcə olaraq qəhərindən öldü. “Alyonanın çiçəkləri” nağılındakı Qorxunc gülü kimi, qızı gözləmədi və soldu. Hə, o Qorxunc da, onun pullarını əlindən aldı, nüfuzunu da. O da, biabırçılığa dözmədi.
 
- Ritorik bir sual verəcəm: 90-cı illərin ortalarında Rusiyadakı nüfuzunuzu nəzərə alsaq, Putinin yerində Rusiyanın prezidenti ola bilərdinizmi, Yeltsinin varisi kimi?
 
- Nəzəri cəhətdən əlbəttə, olardım, mənim təhsilim pis deyil. Amma, onun gətirdiyi banda-komanda ilə həyatda  bir sahədə oturmazdım, ona görə də bu, praktiki olaraq heç vaxt olmayacaqdı.
 
- Doğrumu, siz öldürülmüş general Roxlinlə bir yerdə sui-qəsd hazırlayırdınız?
 
- Birincisi, sən elə dedin ki, guya o sui-qəsdə görə ölüb, onu o dəli arvadı öldürdü. İkincisi, mən bu barədə kitabımda yazmışam.
 
– Yəni, siz onunla Rusiyada hakimiyyəti öz əlinizə almaq istəyirdiniz?
 
- Yox, Rusiyada hakimiyyəti yox. Ölkəni Yeltsin yox, Çubays və Tanya da Yumaşevlə bir yerdə idarə edirdi, axı xalq da Yeltsini seçmişdi. Və o özünün birinci fərmanı ilə prezident administrasıyasına rəhbər olaraq Çubaysı təyin edəndə, adamlar şoka düşdülər. Adamlar bilsəydi ki, Çubays Yeltsinin qərargahının üzvüdür, onlar Zyuqanova səs verərdilər.
 
– Çubaysın fenomenliyi nədə idi? Yeltsinin qızı Tatyana Dyaçenko ilə şəxsi əlaqələri var idimi?
 
- Əlbəttə var idi. Qərargahda, Kremldə də, onlar heç nədən çəkinmirdilər.
 
- Yəni aralarında roman vardı?
 
- Bilirsən, bu tip adamların arasında romanlar olmur, onlar çox praktikdirlər.
 
– Yaxşı, Putini kim irəli çəkdi - familiyasını bilirsiniz?
 
- Berezovski və Yumaşev - ikisi eyni adamdır. Düzdü, Berezovski Putinlə dalaşandan sonra Yumaşev ondan aralandı.
 
– Putin haqqında nə düşünürsünüz?
 
- Kitabda bəzi şeylərə toxunmuşam. Bu ayrı söhbətin mövzusudur. Çox şey düşünürəm.
 
– Putin Sizdən qorxur?
 
- Mənə elə gəlir ki, o heç Trampdan da qorxmur.
 
- Vay səni!
 
- Kim Çın Indan da...
 
– Amma, dediniz ki, Putin Şoyqudan qorxur...
 
- Mən elə demədim. Mənim Seryoja Şoyquya çox hörmətim var və o bir az diqqətli olsaydı... Sən bilirsənmi, onun orduda nüfuzu Putininkindən çoxdur, Rusiyada da Şoyqu onun reytinqinə yaxınlaşır. Bu hamıya məlumdur ki, məşhur 86 faiz – saxtadır.
 
– Necə saxtadır?
 
- Hə, Şoyqu o reytinqə  çox yaxındır.
 
- Amma, Putin yenə prezident olacaq?
 
- O  heç, o ömürlük prezidentdir, açıq-aşkar görünmürmü?
 
- Kadırov haqqında nə fikirləşirsiniz?
 
- Putinin sədaqətli qaçağıdır.
 
–Tamam! İndi Rusiyada hakimiyyət DTK-FTX-ya məxsusdur?
 
- Yox, hakimiyyət bir nəfərə məxsusdur, şaquli şəkildə.., zirvəsində də özüdür.
 
– Bir neçə il əvvəl mənə dediniz ki, mətbuatda agentlərin siyahısı çıxsa, ölkədə siyasi böhran başlayar. ”Bizləri kim idarə edir?” sualına isə birmənalı olaraq: - “Xüsusi xidmət orqanlarının agentləri”. İndiyədək belədirmi?
 
- Bu, 13 il əvvəl olmuşdu, ona görə də fikirləşirəm ki, indi elə deyil. İndi bizi, bura qanunsuz gələn  piterlilər idarə edir. Əvvəl öz şəhərlərini dağıtdılar, indi də Moskvanı yenidən qururlar. Həm də, təbii ki, Rusiyanı.
 
– Sobçak və Jirinovski DTK-nın agentləridir?
 
- Inanmıram. Jirinovski agent deyil, DTK-nın layihəsidir. Sobçaklıq burda nə iş var? O normal hüquqşünas, kafedra müdiri. Nəyinə lazım idi agent olmaq?
 
– Siz mənə demişdiniz ki, Sobçak qadın yanında ölüb. Bu belədirmi?
 
- Bu barədə mənə Kalininqrad vilayətinin qubernatoru danışıb. Amma, mən deməzdim ki, qadın yanında, bəlkə qadının altında olub?. Dedilər “viaqradan” ölüb...
 
- Oleq Kalugin, ABŞ-da olan DTK generalı mənə dedi ki, son illərin patriarxları - Alrksi, Kiril onun müştəriləri olub. Deyin, patriarx Kiril həqiqətənmi DTK-nın agentidir.
 
- O, indi elə gənc deyil, 70-80-ci illərdə də aşağı vəzifələr tutub, yəqin agent olub. Tamamilə mümkündür. İndi nə üçün? İndi onu Federal Mühafizə Xidməti qoruyur. (Gülür)
 
– Bir dəfə dediniz ki, Kremldə mavilərin komandası oturuşub. O komanda yenə ordadırmı?
 
- O vaxt mətbuat katibi - Kostikov mavi idi, onun komandası da mavilər idi. Peskov isə normal orientasiyası olan təsiri bağışlayır, hələ qəşəng arvad da alıb. Düşünürəm ki, indi yoxdur.
 
- Kitabınıza epiqraf kimi Taleyranın sözlərini yazmısınız: “Bütün  xalqlar bilsəydilər kİ, necə xırda adamlar onların üstündə hakimlik edirlər, dəhşətə gələrdilər”. Rusiya bədbəxt ölkədirmi?
 
- Bədbəxtdir. Mən o kitabı çox dostlarıma hədiyyə etmişəm və soruşuram ki, təəssüratınız necədir? Bir tanış qadın dedi ki, “Aleksandr Vasilyeviç, oxudum və ürəyimdən keçir ki, uzaq bir kəndə getmək istəyirəm, bir köhnə ev, keçi alıb hər şeyə tüpürmək istəyirəm.
 
- Axırıncı üç sual. Rusiya ilə Ukrayna arasında müharibəni təsəvvür edə bilərdinizmi?
 
- Hamı təsəvvür edə bilər, amma bu müharibə olmayacaq.
 
- Bütün bunlar nə ilə bitəcək?
 
- Ukraynada hakimiyyət dəyişəcək. Bizdə dəyişməyəcək, Sizdə,  düşünürəm Poroşenkodan daha ağıllı adam gələ bilər.
 
– Amma, hər şey Putindən asılıdır, biz ki, bunu bilirik, doğrudurmu?
 
- Bu gün,  hə...
 
Tərcümə etdi - İlham İsmayıl

Загрузка...
Загрузка...