Ölkəni dəhşətli qıtlıq gözləyir, Heydər Əsədov “qış yuxusu”nda - ÖZƏL

 
Azərbaycan böyük ərzaq qıtlığı ilə üzləşə bilər
 
Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb.
 
Qonşu Rusiyada şaxtalı havaların başlaması idxal olunan ərzaq məhsullarının daşınmasında ciddi problemlər yaradacağı gözlənilir. Rusiyadan Azərbaycana ət, kartof, taxıl məhsulları daşınır.
 
Hava şəraitinin pisləşməsi və şaxtalı-çovğunlu günlər məhsulların gətirilməsində əngəl ola bilər. Ölkəmizdə ərzaq məhsullarının çatışmazlığı, ət və kartof mallarının azlığı Rusiya bazarlarına müraciət etməyə vadar edib. Ancaq kənd təsərrüfatı naziri Heydər Əsədovu ölkəni gözləyən vəziyət qətiyyən maraqlandırmır.
 
KTN şefi arxayındır ki, onun iştirakı olmadan da cmaaatı güc-bəla öz çulunu sudan çıxarmış olacaq. Bir nzirin belə fikirləşməsi isə rəhbərlik etdiyi sahənin fəaliyyətinin iflic olduğu deməyə əsas verir.
 
Məlumatda bildirilir ki, Azərbaycan kartof, ət, taxıl, toyuq və s. məhsulları Rusiyadan idxal edir. Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir.
 
Fakt isə ondan ibarətdir ki, biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik. Manatın devalvasiyasından sonra bu tələbatı ödəmək daha da aşağı düşüb. Ölkədə mal-qara çatışmazlığı yaşanır.
 
Bunun bir səbəbi otlaqların satılması, məmurlar arasında bölüşdürülməsidirsə, digər amil yoncanın, heyvan yeminin qiymətinin bahalaşmasıdır. Nəticədə fermerlər çıxılmaz vəziyyətlı qarşılaşıb.
 
Buna görə də ölkəyə xaricdən idxal olunan ətin maya dəyər, daşınma xərcləri, qeyri-rəsmi rüsumlar, inhisarçı məmurların maraqlarının təmin olunması bütövlükdə ət bazarında bahalaşmaya gətirib çıxarır. Əsasən bu məhsullar Rusiyadan idxal edilir.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb ki, ekspertlər də ərzaq qıtlığı barədə həyəcan təbili çalır.
 
Ölkədə idxalı yüksək olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün stimullaşdırıcı addımlar çoxalmalıdır. Ərzaq buğdası əkinləri artırılmalıdır. Xüsusilə də, kiçik təsərrüfatlara güzəştlər artırılmalıdır.
 
Bunlar işin ilk mərhələsidir. Burada vacib məqamlardan biri də odur ki, kəndlilərə öz məhsullarını ölkə bazarlarına rahat çıxarması üçün şərait yaradılmalıdır, bazarlar alverçilərdən təmizlənməlidir.
 
Kənd təsərrüfatı məhsullarını gətirib şəhərlərdə səyyar satanlara maneələr götürülməlidir, təbii ki, küçələrdə meydanlarda yox, həyətlərdə. Hər şəhərdə bir və ya bir neçə daimi yarmarkalar təşkil olunmalı, orada öz məhsulunu gətirənlərdən heç bir haqq alınmamalıdır.
 
Bununla həm ölkədə ucuzluq yaranacaq, həm də məhsulunu yaxşı sata bilmiş təsərrüfatçı gələn il daha çox əkəcək. Nəticədə, ölkədə ÜDM artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, işsizlik azalacaq. Ən əsası, ərzaq təhlükəsizliyi tam təmin olunacaq. Amma KTN rəhbərliyi, nazir Heydər Əsədov sadalanan istiqamətlərdə heç bir effektiv iş görmür.