Ölkəni aksiyalar bürüdü: Ruspərəst prezident istefaya göndərilir

 
 
 
Moldova paytaxtında başlayan kütləvi etiraz aksiyaları ölkənin digər bölgələrini də əhatə edib. Sentyabrın 23-də başlanmış mitinq və yürüşlərin ayın 25-ə qədər Moldovanın bütün ərazisində keçiriləcəyi gözlənilir.  Hüquq-mühafizə orqanları ilə nümayişçiləri arasında  baş verən toqquşmalarda xəsarət alanlar var. Siyasi aksiyaların sentyabrın 24-ü və 25-də kütləvi itaətsizliklə əvəz olunması planlaşdırılır. Ölkədə siyasi qarşıdurma təhlükəsi artdığından, separatçı Dnestryanı rejim nəzarətində olan rus icmasına Moldovanın Dnestr çayının sol sahilindəki ərazilərinə keçməməyi tövsiyə edib.
 
Moldova prezidentinə müxalif mövqedə dayanan  Liberal Partiyasının fraksiyası İqor Dodonun səlahiyyətlərindən məhrum edilməsi və onun istefaya göndərilməsinə dair referendumun keçirilməsi haqqında qərar layihəsini parlamentə təqdim edib.  Aksiyaların təşkilatçıları İqor Dodonun tərəfdarlarıdır.  Onların məqsədi vətəndaşları   Moldovanın rus prezidentinə müxalifətdə olan hökumətə qarşı səfərbər etməkdir.
 
Bunun səbəbi hökumətlə prezident arasında mövcud olan gərginliyin son aylar xeyli artmasıdır.  Belə ki, hökumət  Maldova  hərbi  kontingentinin NATO-nun  təşkilatçısılığilə Ukraynada keçirilən təlimlərdə  iştirakına prezident Dodonun qadağa qoymasını görməzliyə vurmadı. Maldova parlamenti dərhal   prezidentin bir neçə qanun layihəsinə veto qoydu. Prezidentin mətbuat xidməti isə hökuməti  İqor Dodonu BMT Baş Assambleyasındakı   çıxışına mane olmaqda  ittiham etdi. Bununla yanaşı, Liberal Partiyasından olan fraksiya prezidentin istefaya göndərilməsi üçün referendumun  keçirilməsi barədə sənədi parlamentə göndərib. 
 
Hazırda Maldova prezidenti tam köməksiz vəziyyətdədir. Ona  heç Kreml də kömək göstərə bilmir. Mövcud konstitusion şərtlər daxilində  elektoral dəstəyi 2018-ci ilin ikinci yarısına qədər  eyni səviyyədə saxlamaq imkanı çox aşağıdır.  Hökumət qarşısında dövri olaraq baş verən məğlubiyyətlər sosialist prezidentin  elektoral mövqeyini zəiflədir.
 
Ancaq  İ.Dodon  rəsmən bəyan edib ki, qarşıdan gələn etiraz aksiyaları  gücün aradan qaldırılması üçün yalnız bir ilk olacaq. Bu, onun radikal addımlara yaxınlaşdığından xəbər verir.
2018-ci ildə Moldovada gözlənilən parlament seçkilərində prezident Dodon özünün sosialistlərin xeyrinə istifadə etməli  olduğu  və qanunverici orqan vasitəsilə nəzarət etdiyi seçici dəstəyini   indi küçədə daxili müxalifətə qarşı  mübarizəyə yönəltməyə məcbur olub. Moldova  prezidenti  Kişinyovda deyil, bölgələrdəki aksiyalarda   konsensusunun tapılacağına əmin olsa da, dövlət orqanlarına münasibətdə bir güc ssenarisinin tətbiq olunacağı gözlənilir.
 
Hazırda vəziyyət 2016-cı ilin yanvar ayı ilə müqayisə olunur. Həmin vaxt Rusiyapərəst qüvvələr ölkədə sabitliyi pozaraq  Maldova  parlamentinin binasını tutmağa cəhd etmişdilər. Ukrayna mediası son dövrlər  Moldovada Rusiyanın casus şəbəkəsinin fəallaşdığını yazır.  Hələlik real dəlil olmasa da, Moldova ərazisində silahlı qrupların olması barədə məlumatlar var.  Bu isə  dolayısı ilə bir əməliyyatın hazırlanmasından xəbər verir. Ona görə də Dodon tərəfdarlarının aksiyası zamanı hüquq-mühafizə orqanlarının güc  tətbiq edəcəyi ehtimal olunur.
 
Müşfiq Abdulla
Cebhe.info

Загрузка...
Загрузка...