Ölkəmizi tərk edən 300 azərbaycanlı ÖLDÜRÜLDÜ - Qorxunc RƏQƏMLƏR

Azərbaycanda İslam dinini siyasiləşdirməyə cəhdlər olunub.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, bəzi şəxslər təsir altına düşərək radikallığa meyillənir: "Biz bunu 2015-ci ildə Nardaran hadisələrində gördük. İnformasiya əsri olmasına baxmayaraq, bəziləri müəyyən qüvvələrin təsiri altına düşür, bu da acı nəticə verir. Heç kim Azərbaycanda dindarların məscidə getməsini yasaqlamır. Sadəcə din pərdəsi altında radikallar cəmiyyətin bəzi nümayəndələri təsir altına salır".
S.Heydərov bildirib ki, təəssüflər olsun ki, Azərbaycandan 900 nəfər başqa ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulub: "Onlardan 300 nəfər öldürülüb, 205 nəfərin vətəndaşlığı ləğv edilib, 95 nəfər isə məsuliyyətə cəlb edilib". (trend)

Загрузка...
Загрузка...