Ölkədə türk adı altında gizlənən və gələcəklə bağlı ŞOK PLANLARI OLAN ERMƏNİLƏR - SİYAHI

Baxış sayı: 
346
0  
0  

Türkiyədə 37,055 erməni ailəsi kürd, ələvi və türk adı altında gizlənir.
 
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
 
Onun sözlərinə görə, 1915-ci ildə Osmanlıya qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları köçürüldü: “Həmin vaxt getmək istəməyənlər türk adı altında gizləndilər. Türkiyə erməni camaatının vəkili Aram Ateşyan bir verilişdə Tunceli əhalisinin 90 faizinin erməni olduğunu etiraf edib. Türkiyənin müxtəlif bölgələrində 37,055 erməni ailəsi türk, kürd və ələvi adı altında gizlənərək yaşayırlar”.
 
ASİMDER Türkiyə bölgələrindəki ermənilərin siyahısını və onların hansı dini və etnik ad altında gizləndiklərini təqdim edib:
 
Diyarbəkir – 1000 ailə (kürd, süryani və ələvi).
Malatya – 3,655 ailə (kürd, ələvi).
Kayseri – 5,000 ailə (türk).
Elazığ – 1,000 ailə (kürd, ələvi).
Van – 4,000 ailə (kürd).
Tunceli – 2,000 ailə (kürd, ələvi).
Şanlıurfa – 3,500 ailə (kürd, ərəb).
Siirt – 1,200 ailə (kürd, ələvi, türk).
Erzincan – 1,300 ailə (kürd, ələvi).
Sivas – 2,000 ailə (kürd, ələvi).
Mardin – 1,500 ailə (ərəb).
Kahramanmaraş – 3,000 ailə (kürd, ələvi).
Adıyaman – 1,600 ailə (kürd).
Adana – 2,000 ailə (kürd, ərəb, ələvi).
 
G.Gülbey qeyd edib ki, gizlənən ermənilər PKK və digər terror təşkilatlarında təmsil olunurlar.
 
“Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin kayseri millər vəkili Yusuf Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK üzvlərinin adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir gizlənən ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və erməni lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən bu erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki İspaniyada və Şimli İraqda mərkəzi hökumətləri saymayaraq, müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər”, - deyə o vurğulayıb.
 
Asif

Загрузка...
Загрузка...