Ölkədə qızlar 9 yaşında ərə gedə biləcək – Yeni layihə

 
İraq parlamentində 40 deputatın imzası ilə irəli sürülən qanun layihəsi qəbul olunarsa, ölkədə qızların 9 yaşında ərə getməsinin yolu açılacaq.
 
Teleqraf.com xəbər verir ki, islam məhkəmələrinin yenidən təşkilini nəzərdə tutan qanun layihəsi 9 yaşlı qızların ailə qurmasına imkan verəcək.
 
Orta Şərq mütəxəsissi Suad Abu-Dayyeh bildirib ki, layihə parlamentdən keçsə, “uşaq gəlin”lərin sayında artım baş verəcək: “Məntiqli qanun layihəsi deyil. İndi 2017-ci ildir. Biz hələ də qadın haqları mövzusunda geriyə doğru addım atırıq”.
 
Qeyd edək ki, İraqda məhkəmələri 1959-cu ildən bu yana xanımların rəsmi nikaha 18 yaşında daxil olmasını qəbul edir. Ancaq hakimlərin qərarından asılı olaraq qızlar 15 yaşda da ilə qura bilər.
 
Yeni qanun qəbul edilərsə, islam məhkəmələri yaranacaq və evlilik mövzuzu ilə bağlı məsələləri bu məhkəmə həll edəcək.
 
UNİSEF İraqda hər 5 qızdan birinin “uşaq gəlin” olduğunu qeyd edib.
 
BMT-nin İraqa Dəstək Missiyası isə ölkədə qadın haqlarının qorunmasını təmin etmək mövzusunda tələblər irəli sürüb.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...