Ölkə batır: büdcədə 10 milyard dollar itki - ÖZƏL

 
 
 “Hökumət 7 ayın yekunlarına görə dövlət büdcəsinin gəlir və xərclərini açıqlayıb. 2016-cı ilin 7 ayında büdcənin gəlirləri 7 milyard manat və ya 4.3 milyard dollar olub”
 
Politika.Az-ın verdiyi məlumata görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, büdcə gəlirləri 2015-ci ilin eyni dövründə 9.4 milyard manat (9 milyard dollar), 2013-2014-cü illərin eyni dövründə isə 11 milyard manatdan (14 milyard dollar) bir qədər çox olmuşdu:
“2013 və 2014-cü ilin 7 aylıq büdcə gəlirləri ilə müqayisədə manat ifadəsində 4 milyard manat, dollar ifadəsində 10 milyard dollara yaxın azalma var. Büdcə iqtisadiyyatın güzgüsüdür deyimi çox dəqiq ifadədi. İqtisadi durum kifayət qədər gərgindi və büdcənin hazıkı vəziyyəti bunu dəqiq göstərir”.

Загрузка...
Загрузка...