​Oliqarxların “yapraq tökümü”: Hökumət komandanı təmizləyir?

Baxış sayı: 
182
0  
0  

 
    
 
Vəzifəsindən azad edilmiş sabiq vergilər naziri Fazil Məmmədov “oliqarx” statusu daşıyan məmurlardan idi. Ötən gün o, prezidentin sərəncamı ilə tutduğu vəzifədən  azad edildi. Bundan öncə isə ləğv olunan Nəqliyyat Nazirliyinin rəhbəri olan Ziya Məmmədov istefaya göndərilmişdi. Həm Ziya, həm də Fazil Məmmədovlar təxminən eyni  iqtisadi gücə sahib şəxslərdir. Hər iki sabiq nazir böyük biznes imperiyasına rəhbərlik edir.Məlumdur ki, Ziya Məmmədov tutduğu nazir postunu itirdikdən sonra onun qurduğu “dağılmaz biznes qalası” da yavaş-yavaş çökməyə başladı.Maraqlıdır ki, Ziya Məmmədov öncə nazir postunu, sonra isə rəhbərlik etdiyi “Garant Holding”dəki kreslosunu (“Garant Holndig”in banka külli miqdarda-30 milyon manat borcu olduğu üçün şirkətin baş ofisi bank tərəfindən müsadirə olunub) itirdi.
 
Ehtimal olunur ki, Fazil Məmmədovun rəhbərlik etdiyi biznes imperiyasını da eyni aqibət gözləyir.Məlumdur ki, Fazil Məmmədov “AtaHolding” kimi böyük təsisatlara malik şirkətlər qrupuna rəhbərlik edir. Bu şirkətin tərkibində bir sıra sahələrdə fəaliyyət göstərən biznes qurumları, ticarət mərkəzləri və banklar var. Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupu öz fəaliyyətini “Sinerji konsepsiyası” adlanan xüsusi konsepsiya əsasında həyata keçirir.
 
Məlumatlara görə “AtaHolding”in tərkibində 17, “AtaBank”, “VTB Bank Azərbaycan”, “AtaSığorta”, “AtaLizinq”, “Excelsior Hotel Baku”, “AtaTravel”, “AtaTexnologiya”, “Şəmkir Quşçuluq”, “AtaSport”, “Ataİnkişaf Fondu” və digər biznes qurumları var. Görünən odur ki, bu şirkət fəaliyyət göstərdiyi 14 il ərzində iqtisadiyyatın bütün, maliyyə, sənaye, turizm, informasiya texnologiyaları və bir çox sahələrində fəaliyyət göstərir. Maraqlıdır ki, “AtaHoldingin” təsis olunmsı 2003-cü ilə, yəni Fazil Məmmədov nazir təyin olunmasından sonraya təsadüf edir. Qeyd edək ki, Fazil Məmmədov 2000-ci il fevralın 11-də Vergilər naziri təyin olunub. Nazirlik yeni təsis olunduğu üçün Fazil Məmmədovun sələfi yoxdur, xələfi isə keçmiş təhsil naziri Mikayıl Cabbarovdur.
 
Görünən odur ki, Fazil Məmmədovun nazir olması onun biznes imperiyasını qurmasına “yaşıl işıq” yandırıb.Nüfuzundan bacarıqla istifadə edən sabiq nazir qısa zaman ərzində “oliqarx” nazirlər sırasına adını yazdırmağı bacarıb. Maraqlıdır ki, son dövrlər hökumət məhz “oliqarxa” çevrilmiş iri məmurların “vurulmasında” maraqlıdır və proses bu istiqamətdə aparılır. Bu isə onu deməyə əsas verir ki, artıq “oliqarxa” çevrilmiş məmurların dövrü bitib.Fazil Məmmədovun istefaya göndərilməsi bəzi məmurların da kürkünə birə salıb. Artıq bu təhlükəni bir neçə icra başçısı hiss etməyə başlayıb. Məlumdur ki, Fazil Məmmədov, Ziya Məmmədov və digər məmurların da “kurasiyasında” olan rayonlar var. Rayonları nəzarətində saxlayan nazirlər həmin bölgədə böyük nüfuza sahibdir. Bu baxımdan rayonlarda strateji postlar tutan şəxslər dolayısı ilə həmin bölgəni kurasiya edən məmurun “yaxın adamı” hesab olunur. Şübhəsiz ki, Fazil Məmmədova yaxınlığı ilə seçilən icra başçıları var. İddia olunur ki, Fazil Məmmədovun “vurulması” bir sıra rayon İcra hakimiyyəti başçılarının da (Bu sırada  Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy rayonlarının icra başçılarının adları çəkilir-müəl.) kreslosunu laxladacaq.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...