​“Oliqarxlar Putini satmağa hazırlaşırlar” - “Svobodnaya Pressa”

Baxış sayı: 
170

Rusiya biznesmenləri artıq Putinlə şəkil çəkdirməkdən qaçırlar...
 
 
Tarixən Rusiyada baş verənlərin bizə təsirsiz ötüşmədiyi məlum məsələdir. Ona görə də  Rusiya və dünya mətbuatında şimal qonşumuzda baş verən əhəmiyyətli siyasi-hərbi-iqtisadi proseslərdən bəhs edən yazıların oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb Moderator.az “Svobodnaya Pressa” nəşrinin yazarı Sergey Aksyonovun “Oliqarxlar Putini satmağa hazırlaşır” təhlil-məqaləsini tərcümə edərək diqqətinizə çatdırır.
 
“Yaxın vaxtlarda soyuq müharibə yeni mərhələyə daxil olacaq. Bu, ABŞ prezidenti administrasiyasının  sanksiya tətbiq olunacaq Putinə yaxın biznesmenlərin siyahısını  dərc edəcəyi ilə əlaqədardır. Vaşinqtonun fikrincə, bundan sonra oliqarxların özünüqoruma hissi onları Rusiyada oliqarx çevrilişinə itələyəcək.
 
Rusiya kompaniyalarına qarşı dəqiqləşdirilmiş mövcud sanksiyalar haqqında Amerika konqresinə Dövlət Departamentinin məruzəsi fevralın əvvəlində təqdim olunacaq. Bunu avqustda Donald Tramp tərəfindən imzalanmış “Amerikanın rəqiblərinə qarşı sanksiayalar vasitəsilə əks tədbirləri haqqında” Qanun tələb edir. Qanunda “rəqiblər” kimi Rusiya, İran və Şimali Koreya göstərilib.
 
Klinton dövründə  Dövlət Departamentində yüksək vəzifə tutan, hal-hazırda Atlantic Counsil “beyin mərkəzi”ndə işləyən Daniel Fraydın dediyi kimi, “Birləşmiş Ştatlar nüfuzlu Rusiya biznesmenlərinə qarşı sanksiyaların köməyi ilə “onları Amerika sistemindən, Amerika dollarından kənarlaşdırmalı, ümumiyyətlə radioaktiv zəhərləyici elan etməlidir”.
 
Bu təzyiqin mahiyyətini respublikaçı senator Marko Rubio belə izah edib. “Putin hər yerdə özünə loyal olan adamları yerləşdirib və bu adamların gəlirləri və həyat səviyyəsi ondan asılıdır. Aydındır ki, yaxın oliqarxlar qrupu Putinlə əlaqələrinə görə dövlət sərvətinə nəzarət edirlər. Bu adamlar da öz növbəsində Putinin dünyada təsir agentləridir və o öz siyasi və maliyyə məqsədləri üçün onlardan  istifadə edir”.
Hiss olunur ki, Qərbin cəzasını gözləmək Rusiya biznes-icmasını həqiqətən əsəbləşdirir. “Reuters”in məlumatlarına görə bir sıra Rusiya biznesmenləri artıq prezidentləri ilə şəkil çəkdirməkdən utanırlar, həm də onun iştirakı ilə olan rəsmi tədbirlərdən qaçırlar. Görünür, perspektiv sanksiyaların qorxusu daha təsirlidir, nəinki sanksiyaların özü. Gələcəyə görə qorxu oliqarxları Kremlin siyasi xəttinə qarşı fəal mübarizə aparmağa məcbur edəcək.
 
Bir də ki, hakimiyyət zənginlərə tərəf addım atmaqda tələsmir. İmkanlı rusiyalılar dövlətə təklif edir ki, xaricdəki kapitallarını qaytarıb xüsusi valyuta hesablarında saxlmaq üçün stimul yaradılsın, konkret olaraq yüksək gəlir vəd edilsin. Amma, dövlət  bu təklifi anlaşılmazlıq kimi qəbul edib və Maliyyə Nazirliyi bunu “nonses” adlandırıb.  Elə buna görə "Forbes"in siyahısındakı rus milyarderlər dərindən düşünməyə məcbur olublar.
 
Hökümətin  kapitalın qaytarılmasına görə büdcədən ödəniş etməsindən imtina etməsi başadüşüləndir, çünki bu bütün xalqın çiyninə ağır yük qoymaqdır. Amma, nazirlər oliqarxlar kimi zəngin olmasalar da, onlar da perspektiv sanksiyalardan qorxurlar. Rusiya məmurlarının və oliqarxlarının bütün bu həyəcanı yəqin ki, Rusiya liberal müxalifətinin ürəyinə çəkilən balzam təsiri bağışlayır. Axı, məhz onların nümayəndələri amerikalılara sanksiya hədəflərini seçməkdə kömək edirlər. Belə ki, vaxtilə Putinin iqtisadi məsələlər üzrə müşaviri, indi isə Vaşinqton Katon institutunun əməkdaşı Andrey İllarionov metodik olaraq gələcək qurbanları çeşidləməklə məşğuldur: “ icraçılar” və “ təşəbbüskarlar”, “oliqarxlar” və “tərəfdaşlar”, “ciblər” və “ bülbüllər”.
 
Görünür, onlar üçün çətin dövr başlayır. Əgər Putin seçkiyə kimi hakimiyyət piramidasını yuxarıdan aşağıya silkələməyə macal tapmasa, bir də görəcək ki, piramida tabe olmaqdan çıxıb. Rusiyaya çətin olacaq. Hələlik isə KİV-də  “Amerika sanksiyaları vecimizə deyil” - şapka atmaq kimi əhval-ruhiyyəyə rast gəlmək olur.
 
Yeni Amerika sanksiyalarının kimə qarşı yönələcəyi önəmlidir. Çox güman ki, sanksiyalar elitaya qarşı tətbiq olunacaq. Elita üçünsə pul hər şey deməkdir. Sərvəti itirməmək üçün hər oyuna baş vuracaqlar. Amerika da oyun qurur və oyun onun üstündə qurulub ki, Putini aşırsınlar. Gəmidə üsyan gözlənilirmi?”

Загрузка...
Загрузка...