Oliqarxın 400 milyon dollarlıq yaxtası - FOTO/VİDEO

 
 
 
Dünyanın 25 ən iri yaxtasından biri olan “Ağ Mirvari” bu günlərdə Londonda lövbər salıb.
 
Rusiyalı oliqarx-milyarder Andrey Melniçenkoya məxsus olan 8 mərtəbəli qızılı yaxtanın Temza çayından keçməsi üçün çayın üzərindəki Tauersk körpüsü qaldırılıb. Dəbdəbəli yaxta Böyük Britaniya kraliçasının “Belfast” hərbi gəmisi ilə yanaşı lövbər salıb.
 
 
 
Yaxtanın qiyməti 400 milyon dolları keçir. Onun içərisində 3 hovuz, gümüş perila, vertolyot meydançası, 42 ekipaj üzvü və qonaqlar üçün kayutlar, bomba zərbəsinə davamlı şüşə örtük var. Hovuzlardan birinin döşəməsi şüşədəndir, ona görə ki, orada üzənlər dənizin altını seyr edə bilsinlər. Yaxta Hamburq tərsanəsində yığılıb, dizayneri fransız Filip Starkdır. Yaxtanın uzunluğu 100.5 metrdir.
 
 
 
Yaxtanın sahibi, 44 yaşlı biznesmen Andrey Melniçenko mifik şəxsiyyətdir, onun barəsində bir çox şaiyələr yayılıb. Sərvəti 10 milyard dollardan çoxdur. Oliqarxın İngiltərədə 40 milyon dollar dəyərində üçmərtəbəli malikanəsi də var. Milyarder serbiyalı model və pop-ulduz Aleksandra Nikoliçlə evlidir.